SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
13 Avqust 2014 | 10:19
Avropanın son təchizat gəmisi kosmik stansiyaya çatdı
A
A
print
Baxılıb: 679

Avropa Beynəlxalq Kosmik Stansiyaya son təchizat gəmisini göndərdi. Təchizat işini gələcəkdə ABŞ və Rusiya şirkətləri görəcək. Avropa Kosmik Agentliyi (ESA) bundan sonra NASA-nın "Orion" gəmisinin konstruksiya elementlərinin inşası ilə məşğul olacaq. Məlumatı "Deutsche Welle" yayıb.

Avqustun 12-də Avropanın 5 avtomatik təchizat gəmisindən sonuncusu Beynəlxalq Kosmik Stansiyaya (İSS) çatıb. NASA bunu "acı sevinc anı" adlandırıb.

Avropa Kosmik Agentliyi (ESA) 2008-ci ildən təchizat gəmilərini kosmik stansiyaya göndərir. Oxşar tapşırığı bundan sonra NASA ilə müqavilə bağlayan "Space X" və "Orbital Science" ABŞ şirkətləri, Rusiyanın "Progress" təchizat gəmiləri yerinə yetirəcəklər.

Təchizat uçuşunu "Airbus" şirkətinin Almaniyanın Bremen şəhərindəki zavodunda hazırlanmış Avtomatik Təchizat Gəmisi (ATV-5) həyata keçirib. Təchizat gəmisi 2 həftə əvvəl Avropa Kosmik Agentliyinin (ESA) fransız Qvineyasındakı Kuru bazasından havaya qalxıb.

İkimərtəbəli avtobus boyda olan "ATV-5" təchizat gəmisinin çəkisi 20 tondur. Gəmi ağırlığı indiyədək ən çox olan 6,6 tonluq təchizatla yüklənib. Bura yanacaq, su, oksigen, qida, paltarlar, Beynəlxalq Kosmik Stansiyanın (İSS) Rusiya, ABŞ, Avropa, Kanada və yaponiyalı 6 nəfərlik heyəti üçün elmi təcrübələr daxildir.

"Big bang" nəzəriyyəçisinin ixtirası

Avropanın təchizat gəmisi kainatın yaranması ilə bağlı "Big bang" ("Böyük Partlayış") nəzəriyyəsini irəli sürən belçikalı astrofizik Corc Lemetrin şərəfinə adlandırılıb.

Yük boşaldıldıqdan sonra 10 metr uzunluğundakı germetik kapsul yaşayış sahəsini artıracaq. Kapsulda quraşdırılmış mühərriklər atmosfer molekullarının uzunmüddətli təsirindən alçalan Beynəlxalq Kosmik Stansiyanın (İSS) hündürlüyünü artıracaq.

ESA "Orion" layihəsinə qoşulacaq

Avropa Kosmik Agentliyi (ESA) "Lockheed Martin" korporasiyasının hazırladığı  NASA-nın "Orion" hava gəmisi üçün enerji bloku və təkan modullarının hazırlanması ilə məşğul olacaq.

"Orion" 4 astronavtı kosmik stansiyalardan uzaqlara, həmçinin asteroidlərə, Aya və Mars planetinə apara biləcək.

6 aylıq missiyanın sonunda hava gəmisi tullantı materialları ilə doldurularaq stansiyadan ayrılacaq və xüsusi nəzarət altında Sakit Okeanın cənub akvatoriyasına endiriləcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib