SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
22 Avqust 2014 | 11:45
Aİ-nin peyk naviqasiya sisteminin müstəqilliyi təmin olunacaq
A
A
print
Baxılıb: 787

Avqustun 21-də Aİ-nin "Qalileo" peyk naviqasiya proqramı üzrə "Arianespace" şirkəti ilə 500 milyon avroluq müqavilə imzalanıb. Şirkət "Qalileo" peyk naviqasiya sistemi üçün 3 ədəd "Ariane-5" buraxılış qurğusu hazırlayacaq. Bunların sayəsində "Qalileo" öz peyklərini 3-cü tərəfin iştirakı olmadan müstəqil orbitə buraxacaq. Bununla da, Aİ-nin kosmosa müstəqil çıxış hədəfləri təmin olunmuş olacaq. Qurğuların Aİ-də istehsal olunması həm də Avropa biznesinin uğurudur. 2015-ci ildən istifadəyə veriləcək "Ariane-5" bir dəfəyə 4 peyki orbitə apara biləcək. Bu isə hazırkı qurğulardan 2 dəfə çoxdur. Sənaye istismarı üçün aparılan əməliyyatlarda uçuşların sayı da azalmış olacaq.

Sənaye və sahibkarlıq üzrə Aİ komissarı Ferdinando Nelli Feroki: "Bu müqavilə Avropada tərtib və inşa olunmuş peyk və buraxılış qurğularını bir-biri ilə əlaqələndirəcək. Avropa İttifaqının kosmik sektorda müstəqilliyini təmin edəcək".

Qısa Arayış

"Qalileo" Aİ-nin Avropanın mülki nəzarəti altında olan qlobal peyk naviqasiya sisteminin hazırlanması proqramıdır.

"Qalileo"nun verdiyi siqnallar istifadəçilərə zaman və məkan baxımından öz yerlərini daha dəqiq və etibarlı təyin etməyə imkan verəcək. "Qalileo" mövcud oxşar sistemlərin bəzilərinə uyğun olacaq, onlarla birlikdə, həmçinin müstəqil də çalışa biləcək. Komissiya 2020-ci ilə kimi 30 "Qalileo" peykini tam istismara verməyi planlaşdırır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib