SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
23 Avqust 2014 | 10:48
"Qalileo" naviqasiya sisteminin daha 2 peyki orbitdə
Photo: esa.int
A
A
print
Baxılıb: 809

Avropa Kosmos Agentliyi (ASA) yeni qlobal naviqasiya sistemləri üçün daha iki peykinin "Soyuz" kosmik gəmisi vasitəsi ilə havaya qaldırıldığını açıqlayıb. Məlumatı "New Europe" yayımlayıb.

Peyk daşıyıcısının avqustun 22-də Fransa Qvianasının Kuru (Kourou) şəhərindən nəzərdə tutulan uçuşu pis hava şəraitinə görə bir gün təxirə salınıb.

Hər iki peyk tam yerləşdirildikdən sonra ASA "Qalileo" sistemi üçün nəzərdə tutduğu 30 peykdən 6-na sahibliyi tam təmin edəcək.

Agentlik "Qalileo" naviqasiya sisteminin ABŞ-ın GPS sistemindən daha dəqiq şəkildə yerləri və sürət marşrutlarını təxmin edəcəyinə ümid edir.

ASA rəsmiləri avqustun 20-də verdikləri açıqlamada orbitdə olan peyklərdən birində problem çıxdığını və siqnalın azaldılması ilə bağlı dəyişiklik tələb olunduğunu bildiriblər. Gələcək peyklərdə də bu dəyişikliyin əlavə edilməsi nəzərdə tutulub.

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib