SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
25 Avqust 2014 | 09:10
"Qalileo" peykləri yanlış orbitə daxil olublar
A
A
print
Baxılıb: 660

Avqustun 22-də "Soyuz" kosmik gəmisi 2 "Qalileo" peyk-naviqasiya sistemi ilə birlikdə havaya qalxıb. Avropa Kosmik Agentliyinin (ESA) bildirdiyinə görə, ABŞ-ın GPS naviqasiya sisteminin Avropa versiyası olan peyklər yanlış orbitə daxil olublar. Agentlik bildirib ki, cümə günü Fransız Qvineyasından qalxan 5-ci və 6-cı peyklər nəzarət altındadır. Məlumatı BBC yayıb.

Agentlik anomaliyanın gələcək təsirlərini araşdırır. Pis hava şəraiti ucbatından "Doresa" və "Milena" peykləri 24 saatlıq gecikmədən sonra "Soyuz" kosmik gəmisi ilə havaya qalxıb.

""Qalileo" missiyası üzrə peyklər "Soyuz VS09" kosmik gəmisindən ayrıldıqdan sonra müşahidə aparılıb. Nəzərdə tutulan orbitlə peyklərin çatdığı orbit arasında boşluq aşkarlanıb. Peyklər gözləniləndən aşağı orbitə buraxılıblar. Xüsusi komandalar bunun peykə gələcək təsirlərini araşdırırlar", - uçuşları həyata keçirən "Arianespace" şirkətindən bildirilib.

"Frans-Press" agentliyinin bildirdiyinə görə, "Arianespace" peyklərin trayektoriyalarına düzəliş veriləcəyi ilə bağlı məlumat verməyib.

Bir illik gecikmədən sonra artıq "Qalileo" tam istifadəyə verilir. Aİ Avropa Kosmik Agentliyi (ESA) vasitəsilə 2017-ci ilədək orbitə daha 26 peyk buraxmağı planlaşdırır. Peyk-naviqasiya layihəsinə milyardlarla investisiya qoyan Aİ  hesab edir ki, "Qalileo" layihəsi Avropa iqtisadiyyatına mühüm gəlirlər gətirəcək. Yeni yaranan şirkətlər zaman və məkan baxımından orbitdən daxil olan dəqiq məlumatlardan yararlanacaqlar.

"Qalileo" layihəsi

"Qalileo" Avropa Komissiyası və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Layihə üzrə yaxın gələcəkdə orbitə ümumilikdə 30 peyk buraxılacaq. "Qalileo" GPS (ABŞ-ın qlobal naviqasiya sistemi) və Rusiyanın "Glonass" naviqasiya sistemləri ilə birlikdə işləyə biləcək. Sistem tam işə düşdükdə 1 metr və daha az dəqiqliklə yeri göstərəcək.

Layihə GPS-lə əsası qoyulan irimiqyaslı bazarları daha da genişləndirəcək. İndiyədək layihəyə 6 milyard avro xərclənib. 2020-ci ilədək bu rəqəm 7 milyard avroya çatdırılacaq. Qeyd edək ki, Avropanın ÜDM-si GPS proqramlarından asılıdır - ildə 800 milyard avro.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib