SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
26 Avqust 2014 | 09:04
"Qalileo" peyklərinin göndərilməsindəki səhv araşdırılacaq
A
A
print
Baxılıb: 692

Avqustun 22-də "Qalileo" proqramı üzrə 5-ci və 6-cı peyklər yanlış orbitə daxil olublar. Problemin həlli üçün Avropa Komissiyası "Arianespace" şirkəti və Avropa Kosmik Agentliyindən (ESA) uçuş qrafiki, fəaliyyət planı və hadisənin təfərrüatları barədə məlumat verməyi tələb edib. Bu barədə Avropa Komissiyasının rəsmi vebsaytında məlumat verilir.

"Arianespace" şirkətinin ilkin məlumatına görə, problem daşıyıcı raketin üst pilləsində baş verib, nəticədə peyklər lazımi orbitə buraxılmayıb.

Komissiya problemlərin səbəblərini öyrənən xüsusi araşdırma komandasının işini yaxından izləyir. Araşdırmanın ilkin nəticələri sentyabrın birinci yarısında təqdim olunacaq. Xüsusi araşdırma komandası gələcək buraxılışlarda belə hadisələrin təkrarlanmaması üçün "Arianespace" səviyyəsində düzəliş işləri aparacaq.

ESA Komissiyaya bildirib ki, peyklər yanlış orbitə daxil olsalar da, Darmştatdakı (Almaniya) idarəetmə mərkəzinin nəzarəti altındadırlar. Həmin 2 peykdən "Qalileo" şəbəkəsində maksimum istifadə üçün Avropa Komissiyası Avropa Kosmik Agentliyi ilə yaxın əməkdaşlıq edir.

Komissiya vəziyyətə nəzarət üçün ESA və "Arianespace" şirkəti ilə sıx əməkdaşlıq şəraitində çalışan özünün xüsusi işçi qrupunu yaradıb. ESA və "Arianespace" şirkətinin nümayəndələri Brüsselə dəvət olunublar. Sentyabrın ilk həftəsi araşdırmanın ilkin nəticələri sənaye və sahibkarlıq üzrə Aİ komissarı Ferdinando Nelli Ferosiyə təqdim olunacaq.

"2 "Qalileo" peykinin yanlış buraxılması çox uğursuz hadisədir. Avropa Komissiyası ESA ilə birlikdə hadisənin səbəblərini araşdıracaq. Həmin peyklərin bundan sonra "Qalileo" proqramı üzrə necə istifadə olunacağı sınaqdan keçiriləcək. "Qalileo" proqramının strateji əhəmiyyətli olduğuna inanıram və əminəm ki, peyklər planlaşdırıldığı kimi orbitə buraxılacaqlar", - komissar Ferdinando Nelli Ferosi bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib