SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
27 Avqust 2014 | 11:59
Ümumdünya Səhiyyə Təşkilatı: elektron siqaretlər tənzimlənməlidir
foto: Flickr
A
A
print
Baxılıb: 686

BMT-nin səhiyyə agentliyi bildirib ki, elektron siqaretlər tənzimlənməli, yayılan tüstünün ətrafdakılara ziyan vurub-vurmaması sübut olunanadək onların qapalı yerlərdə istifadəsi qadağan edilməlidir. Bu barədə "New Europe" yazır.

Ümumdünya Səhiyyə Təşkilatı nikotin buxarı verən məşhur məhsulların azyaşlılara satışının qadağan olunmasını təklif edib. Təşkilat bildirib ki, bunun üçün aparılan reklam, sponsorluq, həvəsləndirmə tədbirləri qadağan olunmalı, yaxud azaldılmalıdır.

Cenevrədə qərarlaşan təşkilatın avqustun 26-da yaydığı hesabatda deyilir: "400-dən çox elektron siqaret markası 3 milyard dollarlıq dünya bazarını tutub. Bu isə müstəqil şirkətlər və beynəlxalq tütün şirkətləri arasında rəqabət uğrunda mübarizəyə səbəb olub".

Qeyd edək ki, sözügedən hesabat Səhiyyə Təşkilatının tütünə nəzarət üzrə oktyabr ayı keçirilən konfransında müzakirə olunacaq. "Amerika Ürək Assosiasiyası" QHT-si (AHA) isə siqaret çəkənlərin son çıxış yolu kimi batareyalı nikotin buxarı verən vasitələrdən istifadəsini dəstəkləyir. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib