SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
04 Sentyabr 2014 | 13:30
Avrokomissar azərbaycanlı gənclərlə görüşüb
Photo: eunews.az
A
A
print
Baxılıb: 717

Sentyabrın 3-də Avropa Parlamentinin İnkişaf Komitəsi “Getdikcə gərginliyin artdığı dünyada humanitar yardım – məhdud resurslarla çoxsaylı böhranları necə həll etmək olar? (xüsusilə davam etməkdə olan böhranlar: Ukrayna, Suriya, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, eləcə də Ebola virusu barədə sürətli maarifləndirilmə)” mövzusunda Avropa İttifaqının münaqişə zonalarına reaksiya, humanitar yardım və beynəlxalq əməkdaşlıq məsələləri üzrə komissarı Kristalina Georgiyevanın  iştirakı ilə dinləmələr keçirib.

Gərgin keçən müzakirələrdə parlamentarilər, xüsusilə Avropa İttifaqı tərəfindən dünyanın fərqli regionlarında davam etməkdə olan münaqişə zonalarına humanitar yardımların artırılmasının vacibliyinin, habelə ayrılan məbləğlərin istifadəsi zamanı effektivlik və səmərəlik prinsiplərinin tətbiq olunmasının əhəmiyyətini vurğulayıblar.

Bu sahədə böyük təcrübəyə sahib olan bolqarıstanlı komissar xanım Georgieva son dövrlər humanitar yardımların siyasiləşdirilməsindən təəssüfləndiyini bildirərək Ukraynadakı hazırkı münaqişədən əziyyət çəkən insanlara Rusiya tərəfindən göndərilən humanitar yardımların buraxılmamasını qeyd edib. Xanım komissar fərqli Avropa ölkələrindən olan deputatlarla fikir mübadiləsi apararaq bir çox sualları cavablandırıb.

Komitə iclasından sonra Kristalina Georgieva azərbaycanlı təcrübəçilərlə də görüşüb. Avrokomissar Georgieva Azərbaycanı yaxından tanıdığını deyib, paytaxt Bakı haqda xoş təəssüratlarının olduğunu və azərbaycanlı gənclərin Avropa Parlamentində təcrübə layihəsinin vacibliyini vurğulayıb.

Hazırladı: Səid Musayev


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib