SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
06 Sentyabr 2014 | 07:26
Fransada ikinci süni ürək implantasiyası həyata keçirildi
A
A
print
Baxılıb: 876

Fransada artıq ikinci dəfə yüksək texnologiyalı bioprostetik ürək implantasiyası əməliyyatı baş tutdu. Yayılan məlumata görə, əməliyyat bir neçə həftə öncə Fransanın şərqində, Nant şəhərində baş verib. Bu haqda RFİ yazır.

Fransız qəzeti “Liberation” xəbər verir ki, cərrah Daniel Düvo bir neçə həftə əvvəl ürək çatışmazlığı olan xəstəyə süni, 900 qram çəkiyə malik ürək implantasiyasını həyata keçirib. Artıq çəkili şəxs üçün nəzərdə tutulan süni ürək uzun müddət idi ki, öz sahibini gözləyirmiş.

Qeyd edilir ki, əməliyyat gizli şəkildə baş tutub və xəstəxana, o cümlədən süni ürək yaradıcısı olan “Carmat” şirkəti mövzu ilə əlaqəli şərh verməkdən boyun qaçırırlar.

Xatırladaq ki, sözügedən ürək implantasiyasını həyata keçirən cərrah Düvo 18 Dekabr 2013-cü ildə Parisin “Jorj-Pompidu” xəstəxanasında baş tutan ilk süni ürək implantasiyası əməliyyatında da iştirak etmişdi.

İlk xəstə, 76 yaşlı Klod Dani kəskin ürək çatışmazlığı sindromundan əziyyət çəkirdi. İmplantasiyadan 75 gün sonra o vəfat etmişdi. Xəstənin ölüm səbəbi kimi isə bioprostetik ürəkdə olan texniki qüsurlar göstərilir.

Bu hadisənin ardınca “Carmat” şirkətinin 16 iyul 2014-cü il tarixində yaydığı bəyanata əsasən, onlar süni ürəkləri sınaqdan keçirmək üçün daha 3 nəfər üzərində əməliyyat aparmaq hüququnu qazanıblar.

Şirkət rəsmilərinin sözlərinə görə, yeni süni ürəklər tam şəkildə fəaliyyət göstərə və zəif ürəyi əvəz edə biləcək gücə malikdir.

Yeni bioprostetik ürək heyvan dərisindən hazırlanan biomateriallar ilə örtülüb. Bu isə xəstədə hemostaz kimi xəstəliklərin müşahidə olunmayacağına dair əsas verir.

Bütün bu proseslərin nəticəsində “Carmat”ın Paris səhm bazarındakı səhmləri 5 sentyabr tarixindən etibarən 18.5 % yüksəlib. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib