SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
09 Sentyabr 2014 | 09:49
Aİ Azərbaycanda təhsilə 19 milyon avro ayırıb
A
A
print
Baxılıb: 742

Sentyabrın 8-də Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Avropa Komissiyasından verilən məlumata görə, tərəflər təhsil sahəsində islahatları və təhsilin müasirləşdirilməsini müzakirə ediblər. Komissar Azərbaycanda təhsil sisteminin keyfiyyətini yüksəltmək məqsədilə Aİ Komissiyasının təzəcə təsdiqlədiyi yeni Aİ proqramı barədə danışıb.

Qeyd edək ki, proqram üzrə ayrılan 19 milyon avro ali təhsil, texniki-peşə təhsili, təlimlər, vətəndaş iştirakı, idarəetmə və Azərbaycan təhsil sisteminin inkluzivliyinə yönələcək.

"Təhsil bizim Azərbaycanla əməkdaşlığımızın prioritetlərindən biridir. Bu ölkə təhsil sisteminin müasirləşdirilməsində bizim təcrübəmizə, xüsusən Aİ üzv ölkələrinin zəngin təcrübəsinə və dəstəyinə etibar edə bilər. Təhsil sistemində, eləcə də texniki-peşə təhsili sahəsində islahatlar iş yerlərinin, mobilliyin artması və bunlar vasitəsilə müasir cəmiyyətin qurulması üçün vacibdir", - deyə Füle bildirib.

Aİ-nin yeni dəstəyi ali təhsil, peşə təhsili və təlim sistemlərində istahatların aparılmasına, onların keyfiyyətinin artırılmasına, Avropa standartları və təcrübəsinə uyğunlaşdırılmasına imkan verəcək. Müasirləşdirilmiş ali və texniki-peşə təhsili sistemi əmək bazarlarının artan tələbatına cavab verən bilikli və bacarıqlı kadrlar hazırlamağa şərait yaradacaq. Bu isə əcnəbiləri də təhsil sisteminə cəlb edəcək; ixtisaslar beynəlxalq və yerli səviyyədə tanınacaq, Azərbaycanda tədris və tədqiqat işləri aparılacaq. Gələcəkdə iş yerləri, tələbə, müəllim və tədqiqatçıların mobilliyi artacaq.

Proqram vətəndaş cəmiyyətinin təhsil sektorunda iştirakını da artıracaq. Vətəndaş cəmiyyəti, təhsil orqanları, şirkətlər və sosial tərəfdaşlar arasındakı dialoqa xüsusi diqqət yetiriləcək.

Qısa arayış

Bu gün Azərbaycanda iqtisadiyyatın diversifikasiyası üçün vacib məsələlərdən biri insan kapitalının artırılmasıdır. Təhsil sektoru bu prosesdə xüsusi rol oynayır. Müasirləşdirilmiş təhsil sistemi, texniki-peşə təhsili və təlim sistemləri qeyri-neft sektoru və "biliyə əsaslanan iqtisadiyyat" üçün gərəkli bilik və bacarıqların aşılanmasına, öyrənmək imkanlarının yaranmasına kömək edəcək.

Yeni Aİ proqramında  (2014-cü il üçün Fəaliyət Proqramı) Azərbaycana 19 milyon avro ayrılacaq. Əsas məqsəd təhsil sistemini inkişaf etdirməklə iqtisadiyyatın diversifikasiyasına nail olmaqdır. Vətəndaş cəmiyyəti təşkilatlarına yönəlmiş dəstək isə bunu bir daha tamamlayacaq.

Aİ Azərbaycan da daxil olmaqla, Avropa Qonşuluq Siyasətinə (ENP) daxil olan  ölkələri Avropa Qonşuluq Aləti (ENİ) vasitəsilə maliyyələşdirir. ENİ Aİ-nin əsas maliyyə və əməkdaşlıq alətidir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib