SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
23 Sentyabr 2014 | 10:44
Avropada "Erasmus" nəsli yetişir
foto: Flickr / Vanderbildt University
A
A
print
Baxılıb: 1712

27 illik tələbə mübadiləsi proqramı  - "Erasmus" ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, proqramda iştirak edənlərin dörddə biri indiki həyat yoldaşı ilə xaricdə təhsil almaqla tanış olub. Xəbəri "Deutsche Welle" yayıb.

Sentyabrın 22-də Aİ-nin verdiyi məlumata görə, "Erasmus" tələbələrinin üçdə biri digər ölkələrin vətəndaşları ilə ailə qurub. Bu isə öz ölkələrində təhsil alanların sayından 3 dəfə çoxdur. Proqram çoxmillətli tələbələr arasında sevgini göstərir. Bu qarışıqlıq körpələrin sayında gözlənilməz artıma səbəb olub.

Təhsil üzrə Aİ komissarı Andrulla Vasiliu (Androulla Vassiliou): "1987-ci ildən bəri "Erasmus" cütlüklərinin 1 milyona yaxın körpəsi dünyaya gəlib", - deyə münasibət bildirib.

Aİ rəsmiləri qeyd edirlər ki, proqram təkcə ikili vətəndaşlığı olan körpələrin doğulması ilə məhdudlaşmır, həmçinin iş yerlərinin yaranmasına səbəb olur. Avropada hər 5 nəfərdən birinin işsiz olduğu bir vaxtda "Erasmus" proqramı tələbələr üçün iş yerlərinin yaranmasında da vacib rol oynayır.

"Belə nəticəyə gəlmək olur ki, "Erasmus" proqramına qoşulan gənclərin uzun müddət işsiz qalmaq ehtimalı azdır. Bu, gənclər üçün geniş imkanlar və onların xaricdə təhsil almasına böyük həvəs yaradır. Milyonlarla körpə proqramın müsbət nəticələrə necə səbəb olduğunu göstərir", - Aİ Komissiyasının nümayəndəsi Pia Arenkilde Hansen bildirib.

"Erasmus" nəsli

34 ölkədə təhsil alan 75000 "Erasmus" tələbəsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, təhsil üçün öz ölkələrində qalan 23%-lə müqayisədə tələbələrin 40%-i təhsilini başa vurduqdan sonra başqa ölkəyə köçüb. Qeyd edək ki, proqram humanist düşüncələr üçün intibah dövründə Avropanı gəzən holland filosofu Dezideriy Erasmusun şərəfinə belə adlandırılıb. Avropa İttifaqının 28 üzvü, həmçinin İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə və Türkiyə də proqrama qoşulublar.

İtaliyanın xarici işlər naziri, Aİ-nin diplomatik nümayəndəsi Federika Moqerininin özü də baş nazir Matteo Rentsinin "gələcəyin ümidi" adlandırdığı "Erasmus" nəslinin nümayəndəsidir. O, özünün islam və siyasət haqqında dissertasiyasını "Erasmus" proqramı ilə Fransanın Eks-an-Provans əyalətində təhsil alarkən yazıb.

Aİ-nin məlumatına görə, ümumilikdə 3 milyon tələbə və 350 min müəllim "Erasmus" proqramına qoşulub. 2020-ci ilədək Aİ-dən ayrılan növbəti büdcə ilə xaricdə təlim və təhsil almaq üçün daha 4 milyon nəfər bu proqramdan faydalanacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib