SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
25 Sentyabr 2014 | 12:06
Avropa Parlamentində gənc liderlərin forumu
A
A
print
Baxılıb: 691

Dekabrın 8-11-də Brüsseldə Avropa Parlamentində Aİ-Şərq Tərəfdaşlığı proqramı üzrə gənc liderlərin forumu keçiriləcək. Tədbirdə Aİ və Şərq Tərəfdaşlğıq ölkələrindən gənc liderlər iştirak edəcək, həmçinin dəyirmi masalar təşkil olunacaq. İştirakçılar öz aralarında, eləcə də Avropa Parlamentinin üzvləri, Aİ institutlarının nümayəndələri, ekspertlər və dəvət olunmuş spikerlərlə müzakirələr aparacaq. Oktyabrın 10-da son müraciət tarixidir.       

Aİ-dən 6, sadalanacaq ölkələrin hər birindən isə 20-35 yaşlı 3 gənc lider forumda iştirak edə bilər: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna. İştirakçılar siyasət, elm, biznes adamı və vətəndaş cəmiyyətinin üzvü ola bilər.

"Vətəndaş cəmiyyəti Aİ-nin Şərqlə tərəfdaşlıq proqramının əsasında dayanır. Gənclər dəyişiklikdə və demokratik inkişafda rol oynadıqlarını, ictimai həyatda iştiraklarını sübut etmək üçün hələ də çox çalışmalıdırlar. Aİ və Aİ qonşuluğundakı gənc liderlərin bir araya toplanmasında məqsəd hər şeydən öncə onları bir şəbəkə halında birləşdirmək və Aİ-nin aparıcı siyasət xadimləri ilə əlaqələndirməkdir", - elanda deyilir.

Xatırladaq ki, 2008-ci ildə Aİ-nin cənub qonşularından olan gənclərin iştirakı ilə uğurlu görüşlər təşkil olunub. "Gənc Liderlərin Formu" ideyası elə həmin vaxtdan yaranıb. Ona görə də 2013-cü ildə Avropa Parlamenti  şərq və cənub qonşuluğu üçün belə bir proqramın yaradılmasına qərar verib.

 Forumun məqsədi iştirakçıların bir-birinin inam və etibarını qazandığı bir mühit kimi Avropa Parlamentindən faydalanmaqdır. Eləcə də iştirakçıların karyeralarının qeyri-ənənəvi düşünməyə imkan verdiyi mərhələdə onlar arasında qarşılıqlı anlaşmanı önə çəkmək, bir-birinə yaxın ideyaları inkişaf etdirməkdir. "Bunu Avropa Parlamentinin Aİ-daxilində, hətta hüdudlardan kənarda "gələcəyin insan kapitalı və liderlərinə investisiyası" kimi təsəvvür etmək olar", - elanda bildirilir.

Qeyd edək ki, bütün xərclər Avropa Parlamenti tərəfindən ödəniləcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib