SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
26 Sentyabr 2014 | 07:51
Azərbaycanlı gənclərin karyera günü keçirilib
A
A
print
Baxılıb: 1384

Sentyabrın 25-də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel ofisində Avropa Azərbaycan Cəmiyyəti və Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyasının (AYAPE) təşkilatçılığı ilə azərbaycanlı tələbə və təcrübəçilərin şəbəkələşmə tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğu yanında səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında missiyasının rəhbəri Xəzər İbrahim, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, ARDNŞ-in Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov iştirak ediblər.

Səfirlər açılış çıxışlarında azərbaycanlı gənclərin fərdi inkişafının Azərbaycanın gələcəyi üçün vacibliyini vurğulayıb, Avropa İttifaqı institutları və digər beynəlxalq qurumlarda təcrübə proqramının genişlənməsi haqda danışıblar.

Daha sonra Avropa Gənclər Forumunun nümayəndəsi Fransiska Şvelm (Franziska Schwelm) Avropa Gənclər Forumunun Azərbaycanla əlaqələri haqda danışıb, Gəncənin 2016 Avropa Gənclər Paytaxtı adını almasının Azərbaycan-Avropa İttifaqı münasibətləri üçün vacibliyini qeyd edib.

Yekunda AYAPE adından çıxış edən Murad Məmmədov təşkilatın gördüyü işlər barədə bəhs edib, xaricdə məzun olmuş azərbaycanlı tələbələrin gələcək karyera perspektivləri haqda danışıb. Gənc təcrübəçi xüsusən bildirib ki, AYAPE növbəti il ərzində fəaliyyətini Avropa İttifaqı institutlarından əlavə, irimiqyaslı korporasiyalar və digər dövlət institutları, məsələn ABŞ konqresi və İngiltərə lordlar palatasında təcrübə proqramlarınadək genişləndirməlidir.

Çıxışlardan sonra tədbir iştirakçıları sərbəst müzakirələr aparıblar. Eyni zamanda, gənclərin yeni tələbələrlə tanış olmaq və rəsmilərlə onlara maraqlı olan mövzuları müzakirə etmək imkanları olub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib