SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
30 Sentyabr 2014 | 13:03
Avropa Nüvə Tədqiqatları Mərkəzi 60-cı ildönümünü qeyd edir
foto: Flickr / Basilio Noris
A
A
print
Baxılıb: 801

Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) yaradılması ideyasını ilk dəfə fransız fiziki Lui Broyl irəli sürüb. Lui Broyl 1949-cu ilin dekabrında Avropa Mədəniyyət Konfransında Avropa laboratoriyasının yaradılmasını təklif edib.

II Dünya müharibəsindən sonra Avropa daha elm sahəsində dünya lideri hesab olunmurdu. Ona görə də bir qrup alim beynəlxalq təşkilatların dəstəyi ilə Avropanın atom fizikası laboratoriyasının yaradılmasını arzu edirdilər.

1950-ci ilin iyun ayında amerikalı fizik İsidor Rabi UNESCO-nun 5-ci ümumi konfransında çıxışında deyib: "Təşkilat (UNESCO) beynəlxalq elmi əməkdaşlığı artırmaq üçün "regional tədqiqat laboratoriyalarının" qurulmasına yardım göstərməli və həvəsləndirməlidir."

Növbəti ildə UNESCO-nun Paris toplantısında nüvə tədqiqatı üzrə Avropa Şurasının yaradılması ilə bağlı ilk qətnamə qəbul olunub, 11 ölkə gələcəkdə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) adlandırılacaq mərkəzin qurulmasına razılıq verib.

Qeyd edək ki, 1952-ci ildə CERN laboratoriyasının qurulması üçün Cenevrə seçilir. Burada Meyrin adlanan şəhərkənarı məntəqədə dünyanın ən böyük "elementar zərrəciklər fizikası" laboratoriyası qurulur. Layihənin başlanğıcı ilə bağlı möhtəşəm mərasim 1954-cü ilin martında baş tutur.

Ötən 60 ildə CERN alimləri anti-cisim, internet, və "Hiqz bozonu" (subatom zərrəciyi), "Tanrı" zərrəcikləri ilə bağlı tədqiqatlarda birinci olublar.

Ötən il Peter Hiqs və Fransua Enqler "Hiqz bozonu"nun mövcudluğunu sübut etdikləri üçün fizika sahəsində Nobel mükafatı alıblar. Qeyd edək ki, onlar 1964-cü ildə nəzəriyyəni bir-birlərindən xəbərsiz, müstəqil olaraq düşünmüşdülər. Sonralar onların ideyaları CERN-dəki kəşflərlə təsdiqləndi.

CERN şurasının prezidenti Aqneşka Zalevska və CERN-in baş direktoru Rolf Hoyer təşkilatın 60-cı ildönümündə bildiriblər: "Keçmişdə və indi də CERN-in şöhrətinin mənbəyi uzaqgörən alimlər, diplomatlar, hökumət nümayəndələri və elmin sülhə vasitə olduğunu hesab edən bütün şəxslərin qeyri-adi əks-sədasıdır. CERN-in yaradılmasından 60 il keçsə də, dünyada hələ də  münaqişə və qeyri-tolerantlıq hökm sürür. CERN kimi sülh və stabillik adası olan qurumlar indi həmişəkindən də vacibdirlər."


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib