SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
30 Sentyabr 2014 | 15:34
"AzeDer" "İndex" oldu
A
A
print
Baxılıb: 1076

Sentyabrın 27-də Türkiyənin İstanbul şəhərində Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin yeni adınının təqdimetmə mərasimi keçirilib. "Grand Tarabiya" otelində keçirilən tədbirə AzeDer təmsilçiləri, Türkiyədə təhsil alan tələbələr, TBMM deputatı, Azərbaycandan və digər ölkələrdən olan qonaqlar iştirak ediblər. AzeDer İnsan Kapitalının İnkişafı Mərkəzi - İndex-ə çevrilməsini qeyd edirdi.

Tədbirin əyləncəli hissəsi ötən həftə Türkiyədə təhsil alan 3 azərbaycanlı gəncin avtomobil qəzasında həlak olması səbəbindən ləğv olunmuşdu. Tədbir də, həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Tədbirdə çıxış edənlər, o cümlədən sədr Rəşad Abdullayev təşkilatın bugünədək etdiklərindən və yeni adın gətirəcəyi yeniliklərdən söhbət açıblar.

Sonda AzeDer-in dəstəyi ilə Türkiyədə və Avropada təcrübə keçmiş azərbaycanlı gənclərə sertifikatlar təqdim olunub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib