SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
18 Oktyabr 2014 | 13:26
Ali məktəblərlə şirkətlər “birləşir”
foto: Flickr / CEIT
A
A
print
Baxılıb: 666

Avropa Komissiyası ali məktəblər və şirkətlər arasında bilik dövriyyəsinin yaxşılaşdırılmasına, daha sıx və birgə fəaliyyət imkanının yaradılmasına, eləcə də sənaye və işçi qüvvəsi arasında boşluğun doldurulmasına çalışır. Bu məqsədə nail olmaq üçün onlar yeni “bilik ittifaqları” beynəlxalq layihəsini həyata keçirmək niyyətindədirlər.

Sınaq dövrü üçün 6 pilot layihənin icrasından sonra Komissiya hazırda “Erasmus +” proqramı çərçivəsində bilik ittifaqlarının ilkin dalğasını yaratmaq üçün təklifləri qiymətləndirməyə başlayıb. Ümumilikdə, öz ətrafında 1500 təhsil müəssisəsini birləşdirəcək 150 ​​bilik ittifaqının yaradılması düşünülür.

İttifaqların tərkibində ən azı 2 ali təhsil müəssisəsi və 2 şirkət, o cümlədən ən azı üç ölkədən olan 6 müstəqil təşkilat olmalıdır. Layihələrin davam etmə müddəti 2-3 il nəzərdə tutulub və Aİ tərəfindən maliyyə yardımı bitdikdə, layihənin özünü təmin etmə bacarığının olması əsas şərtlərdəndir.

Hər ittifaqın bilik mübadiləsi prosesi üçün innovativ yollar aşkarlaması gözlənilir. Bu layihənin ən mühüm cəhəti tələbə və şirkətlər arasında əməkdaşlıq tendensiyasının yaranması, sahibkarlıq təfəkkürünün inkişafı və birbaşa insan kapitalına edilən sərmayədir.

Pilot layihələr üçün ümumi problem şagirdlərə biznes mühiti təcrübəsini ötürməkdir. İki pilot layihə məhz bu istiqamətdə fəaliyyət göstərəcək; tələbələrin akademik mühazirələri şirkətlərdə təcrübə proqramları ilə sonlanacaq.

Amma daha radikal yanaşma mühəndislik istiqamətində nəzərdə tutulub. İki pilot layihə elm və sənaye arasında orta zəmin yaratmaq üçün cəhd edəcək. Yunanıstanın Patras Universiteti mühəndislər üçün “istehsalatda tədris” təşəbbüsünü həyata keçirəcək.

Bu təşəbbüs arxasında əsas fikir tələbələri istehsalat mühitinə alışdırmaq, onlara belə mühitdə xüsusi tapşırıqların həllini tapşırmaq və daha arzuolunan nəticələr əldə etməkdir.

Niderlandın Zuyd Universiteti və Çexiyanın Praqa Texniki Universitetində tələbələr üçün dizayn, inkişaf, mühəndislik və hətta tikinti üçün nəzərdə tutulan məkanlar mövcuddur. Lyublyana Universitetinin tələbələrinin də universitetə aid köhnə binalarda enerji səmərəliliyi layihələri üzərində işləmələri nəzərdə tutulub.

Bu tədris məkanlarının hər birində tələbələr real biznes mühitində müxtəlif problemlərin həlli yollarını araşdırırlar. “Tələbələrə şirkətlərlə birbaşa fəaliyyət daha maraqlıdır. Bu, onlarda motivasiyanı artırır”, - deyə Zuyd Universitetinin müəllimi Vendi Broers bildirib.

Bu layihələrin ən faydalı tərəfi akademik təhsil ilə istehsalatı bir araya gətirmək yox, universitet tədrisini sənayə əhəmiyyətli problemlərin həllinə yönəltməkdir. Dünyada mövcud real problemlər universitet təhsilinin bitməsini gözləyə bilməz. “Dərsləri illər üzrə bölmək yox, indiki zamanda tədris və istehsalatı qarışdırıb, daha effektiv təhsil vermək önəmlidir”, - deyə Broers əlavə edib. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib