SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
19 Oktyabr 2014 | 10:49
Avropa daxilində təhsil haqları və qrantların fərqi
A
A
print
Baxılıb: 656

Avropa Komissiyasının “Eurydice” təhsil şəbəkəsi bu günlərdə hazırladığı hesabatda 33 Avropa ölkəsində təhsil haqları, təhsil kreditləri və qrantlar arasında fərqlərin olduğunu qeyd edib. Almaniya isə təhsil haqlarını tamamilə ləğv edən yeganə ölkə kimi tarixə keçib. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında xəbər verilir.

Estoniya da 2014-cü ildə təhsil haqlarının ödənilməsi sistemində dəyişikliklər edib. Artıq tələbələrin təhsil üçün ödənişləri dərslərdən əldə etdikləri fəaliyyət göstəricilərinə görə dəyişəcək.

Avropada ən böyük miqdarlı təhsil haqları Böyük Britaniyada ödənilir. Onun ardınca İrlandiya, İtaliya, Latviya, Litva, Macarıstan, Niderland və Sloveniya gəlir.

Təhsil, mədəniyyət, multilinqvistika və gənclər üzrə Avropa komissarı Androulla Vassiliou “Avropa ölkələri təhsil sistemlərində böyük dəyişikliklər etməlidirlər. Bu dəyişikliklər təkcə tələbələrin iş tapması ilə əlaqəli olmamalıdır, onların təhsil haqları da dəyişməlidir. Aİ üzvləri təhsil haqlarını artıranda təqaüdləri də artırmalıdırlar”, - deyə bildirib.

Avropa ölkələrinin çox az qismində tələbələr təhsil haqları üçün qrantlar alır. Kipr, Danimarka, Malta, Finlandiya tələbələrinin hamısı, Lüksemburq, Nİderland, Şotlandiya, İsveç, Norveç tələbələrinin isə əksər hissəsi təqaüd qazanırlar.

Tələbələr üçün ayrılan kreditlər isə tələbənin ailə vəziyyəti və maddi durumu əsas götürülərək ödənilir.

Hesabat haqda

“Eurydice” təhsil şəbəkəsinin builki hesabatı 33 Avropa ölkəsinin təhsil haqları barədə məlumatı əhatə edir.

“Eurydice”

Avropa Komissiyasının “Eurydice” təhsil şəbəkəsi təhsil sistemini və onun prosedurlarını araşdırır. 40 milli bölmədən ibarət olan bu şəbəkə əsas göstəricilərini “Erasmus+” proqramının iştirakçılarının fəaliyyəti üzərində qurur. Şəbəkənin koordinasiyası Aİ Təhsil və Mədəniyyət Təşkilatı tərəfindən aparılır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib