SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
15 Noyabr 2014 | 11:07
Fransız pişiyi pələng deyil
A
A
print
Baxılıb: 610

Fransa rəsmilərinin məlumatına görə, Paris yaxınlığında görünən sirli heyvan böyük ehtimalla pələng deyil. Bölgə polisləri və əsgərlər bu gizli heyvanın axtarışı ilə məşğuldurlar, ərazidəki məktəblərin girişləri də polislər tərəfindən təhlükəsizlik tədbirləri məqsədi ilə qorunur. Lakin bütün bunlara baxmayaraq, Montevreyn şəhərinin sakinləri gizli heyvan tapılana kimi evdə qalmağı üstün tuturlar. Bu haqda “Radio France İnternationale” yazır.

Fransız rəsmilərinin noyabrın 14-də verdikləri açıqlamalarda bildirilir ki, marketlərdən birinin maşın dayanacağında görünən bu heyvan pələng deyil, əksinə böyük pişikdir.

“Milli Ovçuluq Mərkəzi və Felins Parkının birgə araşdırması nəticəsində biz bu heyvanın hər hansı pələng növünə məxsusluq ehtimalının sıfır olmasını aşkarladıq. Bu, sadəcə ovlana biləcək böyük pişikdir”, - deyə rəsmilər qeyd edib.

Heyvanın axtarışına əsgərlər də cəlb edilib. Lakin hələ ki, səylər heç bir nəticə verməyib. Xüsusi heyvan axtarışı üçün hazırlanan itlərdən də istifadə olunmağa başlanılıb. Polisin sözlərinə görə, ilkin olaraq heyvanı anasteziya yolu ilə ovlamağa çalışacaqlar, lakin təhlükə yaranarsa, onun öldürülmə ehtimalı da mümkündür. Bütün dünyanın marağına səbəb olan bu heyvanın mənbəyi naməlumdur.

Qeyd edək ki, Montevreyn Paris Disneylendinin yanında yerləşir, lakin oradakı sirklərdə və attraksionlarda heç bir pələng növündən istifadə olunmur.

Felins Parkı da öz növbəsində böyük pişik növündən olan pişiklərin heç birinin itmədiyi bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib