SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
06 Dekabr 2014 | 17:23
İsveçrə və Aİ tədqiqat üçün güclərini birləşdirir
A
A
print
Baxılıb: 489

Avropa İttifaqı və İsveçrə dekabrın 5-də "Horizon 2020"nin bir hissəsi olan "Euratom" Təhsil Proqramı və ITER layihəsi üzrə birgə əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu müqaviləyə əsasən, İsveçrə digər Aİ üzvləri kimi layihəyə tam hüquqlu tərəf kimi qoşula biləcək və ümumilikdə, layihə büdcəsinə 400 milyon avro ödəyəcək. Bundan əlavə, İsveçrə "Mükəmməl Elm" səviyyəsinə də üzv ola biləcək. Bu səviyyə özündə Avropa Tədqiqatlar Şurası, Gələcək və İnkişafda olan Texnologiyalar, Araşdırma İnfrastrukturları və Mari-Sklodovska-Küri Mərkəzlərini birləşdirir.

Müqavilənin imzalanması ilə əlaqədar şərh verən Elm, Tədqiqat və İnnovasiyalar üzrə Avropa Komissarı Karlos Moedas "Bu müqavilə bizim gələcək elm və araşdırmalar sahəsində olan əməkdaşlığımızı çox gücləndirəcək. Aİ İsveçrənin uzunmüddətli araşdırma təcrübəsi ilə yaxndan tanış olacaq. Digər tərəfdən isə İsveçrə Aİ-yə qarşı olan öhdəliklərini daha yaxşı anlayacaq və əməkdaşlıq üçün böyük addımlar atacaq", - deyə bildirib.

Müqaviləyə əsasən, İsveçrə ilə əməkdaşlıq 15 Sentyabr 2014-cü ildən 31 dekabr 2016-ci ilə kimi qüvvədədir. 2016-ci ildən sonra müqavilənin müddətinin artırılması məqsədi ilə İsveçrə Xorvatiya elm adamlarına qarşı diskriminasiyanı dayandırmalıdır. Əks halda, sözügedən əməkdaşlıq 2020-ci ilə kimi qüvvədə saxlanıla bilinməyəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib