SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
13 Sentyabr 2014 | 10:45
TAP İtaliya hökuməti ilə razılıq əldə edib
foto: avvenire.it
A
A
print
Baxılıb: 916

İtaliyanın ekologiya naziri Can Luka Qalletti Trans-Adriatik boru xəttinin (TAP) İtaliya hissəsi ilə əlaqəli Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatını təsdiq edib və bununla da, layihə üçün önəmli mərhələlərdən daha biri tamamlanıb.

Hesabatın təsdiqi hər iki tərəfin nümayəndələri, yerli icmalar, milli və regional hakimiyyət orqanlarının iştirakı ilə keçirilən geniş tərkibli müzakirələrdən sonra baş tutub. TAP İtaliyada dünya səviyyəli layihənin düzgün şəkildə həyata keçirilməsinə və bütün öhdəliklərinə sadiq qalacağına məsul olacağını bəyan edib.

Yekun ƏMTQ hesabatı həm İtaliya və Aİ-nin qanunvericiliyinə, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Beynəlxalq Maliyyə Korporasiyasının tələblərinə tam uyğun şəkildə hazırlanıb.

Trans-Adriatik boru kəməri haqqında

TAP “Şahdəniz” yatağının ikinci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 kilometrlik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq Türkiyə-Yunanıstan sərhəddinin Kipoi məntəqəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonda İtaliyanın cənub sərhədlərinə çatacaq.

TAP boru kəməri öz marşrutu boyunca iqtisadi inkişaf və iş yerlərinin yaradılmasına təkan verəcək. Bu, heç bir qrant və ya subsidiyalardan asılı olmayan və birbaşa xarici investisiyaların hesabına maliyyələşən layihədir. Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub və bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq.

TAP səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%) şirkətlərindən ibarətdir.

 

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib