SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
18 Sentyabr 2014 | 09:24
Yunanıstan və TAP arasında yeni qaydalar təsdiqləndi
A
A
print
Baxılıb: 669

Yunanıstanın ətraf mühit, enerji və iqlim naziri TAP (Trans-Adriatik boru kəməri AG) layihəsinin Yunanıstan hissəsi üzrə "Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi" (ESİA) qaydalarını imzalayaraq rəsmi formada təsdiqləyib.

Yerli icmalarla müntəzəm müzakirələr, məsləhətləşmələr və prosesə cəlb olunan milli və regional hökumətlərlə yaxın əməkdaşlıqdan sonra nəhayət qaydalar təsdiqlənib. TAP Yunanıstanda dünya səviyyəli layihəni həyata keçirməyi və bura cəlb olunanlarla yaxından əməkdaşlıq etməyi öz öhdəsinə götürüb.

ESİA yekun hesabatı Yunanıstan və Aİ qanunvericiliyinə tam uyğundur, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankının tələblərinə də cavab verir.

TAP layihəsi haqqında

TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng “Şahdəniz-2” yatağından Avropaya nəql olunacaq. Təxminən 870 kilometr uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu boru kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

TAP layihəsi Bolqarıstan, Albaniya, Bosniya və Hersoqovina, Çernoqoriya, Xorvatiya və başqa cənub-şərqi Avropa ölkələrinə təbii qaz nəqlini asanlaşdıracaq. TAP boru kəmərinin İtaliyaya çatması Xəzər təbii qazının Almaniya, Fransa, Britaniya, İsveçrə və Avstriya kimi ən böyük Avropa bazarlarına çıxışını təmin edəcək.

TAP layihəsi marşrut boyunca iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına kömək edəcək; birbaşa xarici investisiyalar üçün əsas mənbə olan bu layihə heç bir qrant və maddi yardımlardan asılı deyil. Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq.

TAP layihəsi üzrə pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%).


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib