SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
26 Sentyabr 2014 | 11:24
Yunanıstan TAP üçün lisenziya verib
A
A
print
Baxılıb: 720

Yunanıstanın energetika üzrə tənzimləyici orqanı (RAE) Trans-Adriatik boru kəməri AG (TAP) üçün müstəqil təbii qaz sistemi üzrə lisenziya (İNGS) verib. Sentyabrın 5-də verilən lisenziya layihənin Yunanıstan hissəsi üçün nəzərdə tutulub. Onun müddəti 50 illikdir.

Qeyd edək ki, İNGS lisenziyası boru kəmərinin, kompressor və ölçmə stansiyalarının, paylayıcı blok stansiyaların və digər qurğuların quraşdırılması ilə bağlı görülən işlərə icazə verir.

TAP layihəsi haqqında

TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng "Şahdəniz-2" yatağından Avropaya nəql olunacaq. Təxminən 870 kilometr uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu boru kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

TAP layihəsi Bolqarıstan, Albaniya, Bosniya və Hersoqovina, Çernoqoriya, Xorvatiya və başqa Cənub-şərqi Avropa ölkələrinə təbii qaz nəqlini asanlaşdıracaq. TAP boru kəmərinin İtaliyaya çatması Xəzər təbii qazının Almaniya, Fransa, Britaniya, İsveçrə və Avstriya kimi ən böyük Avropa bazarlarına çıxışını təmin edəcək.

TAP layihəsi marşrut boyunca iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına kömək edəcək; birbaşa xarici investisiyalar üçün əsas mənbə olan bu layihə heç bir qrant və maddi yardımlardan asılı deyil. Qeyd edək ki, təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq.

TAP layihəsi üzrə pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%), "Total" (10%), E.ON (9%) və "Axpo" (5%).


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib