SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
30 Sentyabr 2014 | 16:35
"Enagas" TAP layihəsinə qoşuldu
A
A
print
Baxılıb: 817

TAP layihəsindən bu gün bildirilib ki, "Enagas" layihədə 16% paya sahib olub. Bundan əlavə, "Fluxys" TAP layihəsi üzrə öz payını 16%-dən 19%-ə çatdırıb. Dəyişikliyin səbəbi "Enagas" və "Fluxys" şirkətlərinin bu yaxınlarda E.ON (9%) və "Total" (10%) şirkətlərinə məxsus payları almasıdır.

Hazırda TAP layihəsi üzrə pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%)

TAP layihəsinin icraçı direktoru Kjetil Tunqland bildirib: "TAP birgə müəssisəsi həmişə yeni strateji əməkdaşlara açıq olub. "Enagas" şirkətinin TAP layihəsinə gəlişini salamlamağıma şadam. Bu, bizim mühüm layihənin inkişafı üçün istehsalçıları, neft-qaz nəqliyyat ilə məşğul olan şirkətləri və təbii qaz alıcılarını bir yerə toplayan uğurlu müştərək müəssisə modelimizi davam etdirəcək. ""Enagas" Avropa və Cənubi Amerikada uzun müddət mühüm infrastrukturlara investisiya qoyan əsas təbii qaz şirkətidir. Bu şirkət əsl Avropa layihəsi kimi TAP layihəsinin strateji mövqeyini yüksəldəcək və yeni təbii qaz mənbəyini qitənin enerji bazarlarına çıxaracaq", - Tunqland əlavə edib.

TAP AG idarə heyətinin sədri Endi Leyn: "2015-ci ilin əvvəllərindən Albaniyada yolların və körpülərin inşası ilə növbəti vacib mərhələyə qədəm qoyuruq. Həmçinin E.ON və "Total" şirkətlərinə TAP layihəsinin inkişafında verdikləri töhfəyə görə təşəkkür edir, eləcə də "Enagas"ı TAP-ın yeni pay sahibi kimi təbrik edirik."

TAP layihəsi haqqında

TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng "Şahdəniz-2" yatağından Avropaya nəql olunacaq. Təxminən 870 kilometr uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu boru kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

TAP layihəsi Bolqarıstan, Albaniya, Bosniya və Hersoqovina, Çernoqoriya, Xorvatiya və başqa Cənub-şərqi Avropa ölkələrinə təbii qaz nəqlini asanlaşdıracaq. TAP boru kəmərinin İtaliyaya çatması Xəzər təbii qazının Almaniya, Fransa, Britaniya, İsveçrə və Avstriya kimi ən böyük Avropa bazarlarına çıxışını təmin edəcək.

TAP layihəsi marşrut boyunca iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına kömək edəcək. Birbaşa xarici investisiyalar üçün əsas mənbə olan bu layihə heç bir qrant və maddi yardımlardan asılı deyil. Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib