SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
16 Oktyabr 2014 | 10:41
TAP yeni tender elan edir
A
A
print
Baxılıb: 1121

Trans-Adriatik boru kəməri (TAP) quruda boru kəmərinin inşası üçün yeni tender elan edib. Tenderdə mühəndislik, təchizat və inşaat (EPC) müqaviləsi nəzərdə tutulub. Sonradan tender iddialarına görə, əlavə müqavilələr də imzalana bilər. Xatırladaq ki, bu ilin mayında maraqlı şirkətlər boru kəmərinin inşası üçün ixtisaslaşma testindən keçmişdilər.

Yeni müqavilədə Yunanıstan və Albaniyada 760 kilometr uzunluğunda, 1.2 metr diametrli quru boru kəmərinin inşası nəzərdə tutulub. Tenderə beynəlxalq boru kəməri inşası şirkətləri və TAP layihəsinə daxil olan ölkələrin şirkətləri dəvət olunublar.

TAP layihəsi üzrə boru kəmərlərinin inşası 2016-cı ildə başlayacaq və 5  hissəyə ayrılacaq - 3 hissə Yunanıstanın, 2-si isə Albaniyanın payına düşəcək. TAP layihəsi üzrə ən yüksək səviyyə Albaniyada - 1800 metr  olacaq. Boru kəməri çoxlu yollardan və çaylardan keçəcək.

TAP quruda boru kəmərinin inşası üzrə tender qaliblərini 2015-ci ilin 3-cü rübündə elan edəcək. Yunanıstan və Albaniyada kompressor stansiyalarının mühəndislik, təchizat və inşaatı (EPC), kompressor stansiyaları üçün kompressor qurğularının təchizatı, iri diametrli kürə klapanlarının təchizatı üçün TAP 2014-cü ilin son rübündə də tender elan edəcək.

TAP-ın təchizat və satınalmalar üzrə direktoru Knut Ştayner Kvindesland: "Boru kəmərinin quru hissəsinin inşası üzrə müqavilə TAP layihəsinin təklif etdiyi və maliyyələşdirdiyi ən iri müqavilədir. Tenderə dəvət olunan şirkətlər ciddi ixtisaslaşma prosesindən keçiblər. Tender iddiaçıları əvvəlki kimi və bundan sonra da sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə ən yüksək standartlara, eləcə də TAP layihəsinin "sıfır ziyan" siyasətinə cavab verməlidirlər".

TAP-ın EPC (mühəndislik, təchizat və inşaat) üzrə podratçıları müqavilə üzrə müəyyən tapşırıqların yerinə yetirilməsi üçün əlavə subpodratçıların cəlb olunmasına cavabdehdirlər. Bu isə regionda əlavə iş yerləri və iqtisadi imkanların yaranması deməkdir.

TAP layihəsinin təchizat prosesi və növbəti tender elanları haqqında əlavə məlumat üçün keçidə daxil olun: http://www.tap-ag.com/project-opportunities/for-companies

TAP-ın qalib elan etdiyi şirkətin subpodtatçıları isə bu sayta girib öz məlumatlarını yerləşdirə bilərlər. Həmin məlumatlar TAP-ın təchizat prosesinə dəvət olunmuş şirkətlərə ötürüləcək. Keçid burdan: http://www.tap-ag.com/project-opportunities/for-companies/interested-in-working-as-subcontractor

TAP layihəsi haqqında

TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng “Şahdəniz-2” yatağından Avropaya nəql olunacaq. Təxminən 870 kilometr uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu boru kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

TAP layihəsi Bolqarıstan, Albaniya, Bosniya və Hersoqovina, Çernoqoriya, Xorvatiya və digər Cənub-şərqi Avropa ölkələrinə təbii qaz nəqlini asanlaşdıracaq. TAP boru kəmərinin İtaliyaya çatması Xəzər təbii qazının Almaniya, Fransa, Britaniya, İsveçrə və Avstriya kimi ən böyük Avropa bazarlarına çıxışını təmin edəcək.

TAP layihəsi marşrut boyunca iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına kömək edəcək; birbaşa xarici investisiyalar üçün əsas mənbə olan bu layihə heç bir qrant və maddi yardımlardan asılı deyil. Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq.

TAP layihəsi üzrə yeni pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%).


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib