SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
23 Oktyabr 2014 | 11:45
Fransanın "Total" şirkəti yeni rəhbərlərin adını açıqladı
A
A
print
Baxılıb: 766

Moskvada təyyarə qəzasında şirkətin baş icraçı direktoru Kristof de Marjerinin ölümündən sonra "Total" yeni sədr və baş icraçı direktorun adlarını açıqlayıb. Məlumatı "Radio France İnternationale" yayıb.

Bu barədə qərar dünyanın ən iri neft şirkətlərindən olan "Total"ın oktyabrın 22-də keçirdiyi fövqəladə yığıncaqda qəbul olunub. Tierri Desmarest sədr, Patrik Puyanne isə baş icraçı direktor təyin olunublar. Desmarest 1995-2007-ci illərdə şirkətin həm sədri, həm də baş icraçı direktoru olub. Puyanne isə hazırda şirkətin kimya və neft emalı şöbəsinə rəhbərlik edir. Vaxtilə Marjerini yüksək vəzifəyə hazırlayan Desmarest bu dəfə Puyanneyə kömək edəcək.

Fransa təhqiqatçıları qəzanı rus rəsmiləri ilə birlikdə araşdırırlar. Rusiyalı ekspertlər hesab edirlər ki, hava limanı rəhbərliyi səhlənkarlıq cinayətinə yol verib.

Rusiya mətbuatında yayılan xəbərdən sonra "Vnukovo" hava limanının təhlükəsizlik məsələsi ilə bağlı sual ortaya çıxıb. Məlumata görə, gecəyarısı qəza baş verənə yaxın təyyarələri təcrübəçilərdən biri istiqamətləndirirmiş. Qeyd edək ki, xidməti təyyarədə ekipajın 3 üzvü də həlak olub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib