SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
29 Oktyabr 2014 | 13:11
Litvanın enerji asılılığı azalır
A
A
print
Baxılıb: 757

Oktyabrın 27-də üzən maye qaz terminalı Litvanın Klaypeda şəhərinə çatıb. Baltik regionunun enerji təchizatının təminatçısı olan terminalı yerlilər qarşılayıblar. "The İndependence" ("Müstəqillik") adlı terminal Baltik ölkələrinin Rusiya təbii qazından asılılığını azaldacaq. Bu barədə "EUobserver" yazır.

"Bütövlükdə regionun gələcəyi bu strateji, geo-siyasi layihədən asılı ola bilər. Litva Baltik regionunun enerji təhlükəsizliyinin qarantı ola bilər. Bundan sonra heç kəs bizə təbii qazın qiymətini diktə edə bilməyəcək", - Litva prezidenti Daliya Qribauskayte bildirib.

Litvanın enerji tələbatının üçdə biri təbii qazdan asılıdır. Litva və Baltik qonşuları tarixi-coğrafi səbəblərdən təbii qaza görə tamamilə Rusiyadan asılı idilər.

Təbii qaz boru kəmərləri ilə nəql olunur, maye qaz (LNG) isə dəniz vasitəsilə də ötürülə bilər. Bunun üçün ölkədə terminal olmalıdır. Litva sözügedən terminalı 2011-ci ildə sifariş verib. Terminal Ukrayna böhranı zamanı düz vaxtında gəlib çatıb.

Litva prezidentinin mətbuat xidmətinə görə, Klaypeda LNG terminalı Litva, Latviya və Estoniyanın təbii qaz ehtiyacının 90%-nin ödənilməsinə xidmət edəcək. Terminal 2014-cü ilin sonunadək işlək vəziyyətdə olacaq. Qeyd edək ki, Litvanın "Litgas" təbii qaz şirkəti 2015-ci ildən 540 milyon kub metr təbii qaz idxalı üçün Norveçin "Statoil" şirkəti ilə müqavilə imzalayıb. Terminalın uzunluğu 294 metr, eni 46 metr, dərinliyi isə 26 metrdir.

Bundan əlavə, Aİ Komissiyası Avropa təbii qaz şəbəkəsinin çevikliyi ilə bağlı "yükləmə sınağı" aparıb. Sınaqdan sonra Komissiya bildirib ki, Klaypeda LNG terminalı Rusiyanın təbii qazı kəsməsinin mənfi təsirini azalda bilər. "Klaypeda LNG terminalı işə düşən kimi, istənilən ssenaridə Baltik ölkələrində bütün mühafizə olunan müştərilər (ailə təsərrüfatları da həmçinin) təbii qazla təmin olunacaq", - Komissiya deyib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib