SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
31 Oktyabr 2014 | 13:51
Təbii qaz danışıqları uğurla sona çatdı
A
A
print
Baxılıb: 1081

Təbii qaz danışıqları üzrə 7-ci mərhələdən sonra oktyabrın 30-da Aİ Komissiyasının vitse-prezidenti Günter H. Öttingerin vasitəçiliyi ilə mühüm nailiyyət əldə olunub: Rusiya və Ukrayna arasında növbəti qışa görə Ukrayna və həmçinin Avropanı təbii qazla təchiz etmək üçün 4,6 milyard avroluq müqavilə imzalanıb. Bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə məlumat verilir.

Müqavilənin imzalanmasına şahidlik edən Aİ Komissiyasının prezidenti Joze Manuel Barrozu deyib: "Aİ Komissiyasına prezidentliyim dövründə belə bir nailiyyətin əldə olunmasını açıqlamaqdan məmnunam. Ciddi dəstəyimiz nəticəsində Ukrayna və Rusiya bu gün enerji borcları və qışda təchizatın davam etdirilməsinə imkan verən müvəqqəti həllə bağlı razılığa gəldilər. Şadam ki, siyasi məsuliyyət və əməkdaşlıq  qalib gəldi".

"Bu nailiyyət Ukraynanın qışda kifayət qədər istilik əldə etməsi deyil, həmçinin Rusiya-Ukrayna arasında gərginliyin azalması deməkdir", - Aİ Komissiyasının vitse-prezidenti Günter H. Öttinger bildirib.

Qış müqaviləsi paketinə 2 sənəd daxildir:

  • Aİ Komissiyası (vitse-prezident Öttinger), Rusiya Federasiyası (energetika naziri Aleksandr Novak) və Ukrayna (energetika naziri Yuri Prodan) tərəfindən imzalanmış hüquqi cəhətdən məcburi protokol;
  • Rusiyanın "Qazprom" (baş icraçı direktor Aleksey Miller) və Ukraynanın "Naftoqaz" (baş icraçı direktor Andrey Kobolyov) şirkətləri arasında imzalanmış mövcud təbii qaz təchizatı müqaviləsinə əlavə.

Müqavilə bu gündən etibarən 2015-ci ilin mart ayının sonunadək olan dövrü əhatə edir və aşağıdakı əsas bəndlərdən ibarətdir:

  • Borc: Ukrayna təbii qazın hər 1000 kub metri üçün 268,5 dollar olmaqla, ödənişi 2 mərhələdə həyata keçirəcək. Oktyabrın sonunadək 1,45 milyard dollar, ilin sonunadək isə 1,65 milyard dollar. Bununla da borcun 3,1 milyardı ödənmiş olacaq. Yekun qiymət və ümumi borc isə "Qazprom" və "Naftoqaz"la bağlı Stokholm Ticarət Palatasının mübahisələrin həlli institutunun qərarından asılı olacaq.
  • Yeni təbii qaz: Ukrayna növbəti qışda “al və ya ödə” prinsipi olmadan təbii qazın hər 1000 kub metri üçün 385 dollardan az ödəyəcək. Bu isə mövcud müqavilədəki düstura və Rusiya Federasiyasının ixrac güzəştlərinə əsasən hesablanacaq. Ukrayna 2014-cü ilin sonunadək 4 milyard kub metr təbii qaz almağı planlaşdırır. Bu isə 1,5 milyard dollar deməkdir.

Ötən həftələrdə Aİ Komissiyası beynəlxalq maliyyə institutları (İFİ) və Ukrayna ilə birgə çalışırdı ki, Ukrayna növbəti qışda təbii qazın pulunu qabaqcadan ödəyə bilsin.  Aİ bununla bağı misli görünməmiş yardım edəcək. Beynəlxalq Valyuta Fondu da təbii qazın pulunu ödəmək üçün Ukraynaya lazımi maliyyə köməkliyi göstərəcəyini bildirib. Beynəlxalq maliyyə institutları təbii qaz təchizatı da daxil olmaqla, Ukraynaya yardımı davam etdirəcəklər. Hər üç tərəf Ukraynanın lazımi maliyyə vəsaiti ilə təmin olunacağına arxayındır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib