SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
11 Noyabr 2014 | 14:26
Almaniya və Belçika qaz nəqliyyatı şəbəkələrini birləşdirəcək
A
A
print
Baxılıb: 797

Belçikanın “Fluxys” şəbəkə operatoru bildirib ki, 2015-ci ilin iyun ayında yeni təbii qaz nəqliyyatı şəbəkəsi hazır olacaq. Təbii qaz Almaniya və Lüksemburqun Remih qovşağı vasitəsilə Almaniyanın NCG şəbəkəsindən Belçikanın virtual ZTP şəbəkəsinə nəql olunacaq. Bu, təbii qaz bazarlarının 2015-ci ilin 4-cü rübünədək Belçika və Lüksemburqa inteqrasiya olunması planının bir hissəsidir.

“Fluxys” şirkətinin vebsaytında bildirilir ki, NCG-ZTP şəbəkəsi üzrə məhsulların satışı komplektləşdirilmiş formada həyata keçiriləcək. Alıcılar Remih qovşağının Belçika/Lüksemburq hissəsində qabaqcadan qeydiyyatdan keçməlidirlər. Lüksemburqun Kreos şəbəkə operatoru Almaniya tərəfdən qeydiyyatda alınacaq.

Şərtləşdirilmiş təbii qaz nəqliyyatı götürülmüş öhdəliklərdən və Lüksemburqdakı istehlaka bağlı olaraq təchizatın təhlükəsizliyi üzrə qoyulmuş məhdudiyyətlərdən asılı olacaq. Tam təfərrüatlar 2015-ci ilin iyun hərracınadək elan olunacaq.

Hazırda Almaniya və Belçika bazarlarında təbii qazın nəqli təkcə Eynatan qovşağı vasitəsilə qarşılıqlı 2 istiqamətli şəkildə mümkündür. ZTP-NCG və ZTP-GASPOL şəbəkələri PRİZMA elektron hərrac platforması vasitəsilə satışı komplektləşdirilmiş formada həyata keçirirlər.

“Fluxys” şirkətinin vebsaytındakı yeni məlumatlar göstərir ki, Belçika və Lüksemburq arasındakı birləşdirici şəbəkələr hər 2 ölkənin vahid bazarı yarandıqdan sonra daha mənfəət yönümlü olmayacaq. “Fluxys” şirkəti birləşmə nöqtəsində təzyiqi artıracaq. Nəticədə Lüksemburq üçün təbii qazın fiziki həcmi artacaq.

Bundan əlavə, 2015-ci ilin əvvəlində bütün tənzimləyici sənədləri əhatə edən ictimai məsləhətləşmələr keçiriləcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib