SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
19 Noyabr 2014 | 10:59
ENİ şirkəti Türkmənistanda
A
A
print
Baxılıb: 831

ENİ şirkəti hasilatın pay bölgüsü müqaviləsinə əlavəni imzalayıb. Bununla da, şirkət Türkmənistanın qərbində Nebit Dağ bölgəsindəki yataqlarda neft-qaz kəşfiyyatı və hasilatı ilə bağlı müqavilənin müddətini 2032-ci ilədək uzadıb.

Qeyd edək ki, ENİ hasilatın pay bölgüsü müqaviləsindəki payının 10%-ni “Turkmenneft” şirkətinə verəcək, qalan 90%-i isə özündə saxlayacaq. “Bu müqavilə Burunda və Nebit Dağ blokunda növbəti kəşfiyyat və hasilat investisiyalarına yol açacaq”, - noyabrın 18-də şirkətin bəyanatında bildirilir.

Bundan əlavə, hidrokarbon resurslarının idarə olunması və istifadəsi üzrə türkmən dövlət agentliyi ENİ və Türkmənistanın Xəzər dənizinin ofşor sektorunda əməkdaşlıq üzrə memorandum imzalayıblar.

Dünyanın 4-cü iri təbii qaz ehtiyatına malik olan Türkmənistan hər il milyardlarla dollarlıq təbii qaz ixrac edir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib