SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
21 Noyabr 2014 | 16:44
Cənub Axını İtaliya üçün prioritet deyil
A
A
print
Baxılıb: 1118

İtaliya sənaye nazirliyindən "eunews.az"-a verilən məlumata görə, nazir Federika Quidi noyabrın 19-da bildirib ki, "Cənub Axını" qaz borusu layihəsi artıq İtaliya üçün prioritet deyil. Buna səbəb Rusiyanın Krım yarımadasını anneksiya etməsidir. 

40 milyard dollara başa gələcək və Rusiya qazını Ukraynadan keçmədən nəql edərək Avropa tələbatının 15%-ni təmin edəcək boru xətti layihəsi Avropa İttifaqı ölkələri arasında nifaq salıb. Eyni zamanda, Avropa Komissiyası ilə ziddiyyət yaradıb. Qeyd edək ki, İtaliyanın dövlət neft şirkəti "Eni" də layihənin bir hissəsi olduğu üçün Rusiya qazının gətiriləcəyi ölkələrdən biri olmalı idi.

"Bu, çox lazımlı infrastrukturdur, ancaq yəqin ki boru axını artıq bizim prioritetlərimiz siyahısında deyil", - Quidi Romada bildirib və əlavə edib: ""Cənub Axını" qazın tranziti baxımından diversifikasiyaya gətirsə də, təchizat baxımından əvvəlki mənfi cəhətlərə malikdir".

Bundan əlavə, xatırladaq ki, bir neçə ay öncə Avropa Komissiyası Rusiyanın Avropa İttifaqı üzv dövlətləri ilə imzaladığı ikitərəfli razılıqların Avropa İttifaqı qanunlarına zidd olduğunu bəyan etmişdi. Bu o deməkdir ki, qaz istehsalı və təminatçısı olan "Qazprom" Avropada eyni zamanda həm istehsal, həm də qaz daşıma şəbəkəsinə malik ola bilməz.

"Cənub Axını" layihəsinin 50%-nə malik "Qazprom" Avropa Komissiyasının tələblərinə cavab verməkdən imtina edib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib