SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
26 Noyabr 2014 | 17:33
TAP növbəti tenderini elan edib
A
A
print
Baxılıb: 700

Trans-Adriatik Boru Kəməri AG (TAP) Yunanıstan və Albaniyada kompressor stansiyalarının inşası ilə bağlı 2 ayrı tender elan edib. Tenderin biri Yunanıstanda Kipo məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat və inşaatı (EPC), həmçinin istismarı ilə bağlıdır.

Digər tender isə Albaniyanın Fiyer məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat və inşaatı (EPC) və istismarı, Bilişt məntəqəsində isə ölçmə stansiyasının inşası ilə bağlıdır. Sonuncu TAP layihəsinin Yunanıstan hissəsindən daxil olan təbii qazın ölçülməsi üçün nəzərdə tutulub.

Kompressor stansiyalarının tərtibatı və xüsusiyyətləri TAP layihəsinin Şahdəniz II yatağından Avropaya illik 10 milyard kub metr təbii qaz nəqlini nəzərdə tutan planına uyğundur. Gələcəkdə bu həcmin 20 milyard kub metrə qədər artırılması nəzərdə tutulub.

TAP layihəsi üzrə boru kəmərlərinin inşası 2016-cı ildə başlayacaq. Layihəsi üzrə ən yüksək səviyyə Albaniyada - 1800 metr  olacaq. Boru kəməri bir çox yollardan və çaylardan keçəcək.

Kompressor stansiyaları ilə bağlı tender müqavilələri 2015-ci ilin 2-ci yarısında təsdiqlənəcək. 2014-cü ilin son rübündə TAP Yunanıstan və Albaniyada turbo kompressor aqreqatlarının təchizatı ilə bağlı, həmçinin Yunanıstan, Albaniya və İtaliyada iri diametrli kürə klapanlarının təchizatı ilə bağlı tender elan etməyi planlaşdırıb.

TAP-ın təchizat və satınalmalar üzrə direktoru Knut Ştayner Kvindesland: "Kompressor stansiyalarının inşası üzrə tenderə dəvət olunan şirkətlər ciddi ixtisaslaşma prosesindən keçiblər. Tender iddiaçılarının əvvəlki kimi və bundan sonra da sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə ən yüksək standartlara və TAP layihəsinin "sıfır ziyan" siyasətinə cavab verməsi əsas meyardır".

TAP-ın EPC (Mühəndislik, Təchizatı və İnşaat) üzrə podratçıları müqavilə üzrə müəyyən tapşırıqların yerinə yetirilməsi üçün əlavə subpodratçıların cəlb olunmasına cavabdehdirlər. Bu isə regionda əlavə iş yerləri və iqtisadi imkanların yaranması deməkdir.

TAP layihəsinin təchizat prosesi və növbəti tender elanları haqqında əlavə məlumat üçün: http://www.tap-ag.com/project-opportunities/for-companies

TAP-ın qalib elan etdiyi şirkətin subpodratçıları isə aşağıdakı saytda öz məlumatlarını yerləşdirə bilərlər: http://www.tap-ag.com/project-opportunities/for-companies/interested-in-working-as-subcontractor

Həmin məlumatlar TAP-ın təchizat prosesi ilə bağlı tenderə dəvət olunmuş şirkətlərə ötürüləcək.

TAP layihəsi haqqında

TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng “Şahdəniz-2” yatağından Avropaya nəql olunacaq. Təxminən 870 km uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

TAP layihəsi Bolqarıstan, Albaniya, Bosniya və Hersoqovina, Çernoqoriya, Xorvatiya və başqa cənub-şərqi Avropa ölkələrinə təbii qaz nəqlini asanlaşdıracaq. TAP boru kəmərinin İtaliyaya çatması Xəzər təbii qazının Almaniya, Fransa, Britaniya, İsveçrə və Avstriya kimi ən böyük Avropa bazarlarına çıxışını təmin edəcək.

TAP layihəsi marşrut boyunca iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına kömək edəcək; birbaşa xarici investisiyalar üçün əsas mənbə olan bu layihə heç bir qrant və maddi yardımlardan asılı deyil. Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq.

TAP layihəsi üzrə yeni pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%).


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib