SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
27 Noyabr 2014 | 11:10
İqlim dəyişkənliyi: Parlamentarilər Paris konfransına hazırlaşırlar
A
A
print
Baxılıb: 724

Gələn ay Limada keçirilən danışıqlar 2015-ci ildə Parisdə iqlim dəyişkənliyi ilə bağlı konfransda qlobal əməkdaşların ciddi razılığa gəlməsinə şərait yaradacaq. Parlament noyabrın 26-da qəbul etdiyi qətnamədə bildirir ki, məqsəd dünyanın 20C istiləşməsi ssenarisində hər şeyin qaydada olmasından əmin olmaqdır. Parlamentarilər Aİ və üzv ölkələrin BMT-nin "yaşıl iqlim fondu"na töhfə verməsi ilə bağlı öhdəlikləri yada salıblar. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında yazılıb.

"Limada bizi vacib siyasi çağırış gözləyir: Ətraf mühitin qorumasına, iş yerlərinin yaradılmasına və dayanıqlı texnologiyaların istehsalı üçün bütün tərəflərin iqlim siyasətinə investisiya qoymasına inandırmalıyıq. Bunun üçün beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlidir. ABŞ və Çin arasındakı son razılıq bu baxımdan doğru addımdır, lakin bu, hələ başlanğıcdır", - ətraf mühit üzrə komitənin sədri Govanni La Via (EPP, İtaliya) bildirib. O həmçinin gələn ay Limaya yola düşən AP nümayəndə heyətinə rəhbərlik edəcək.

Parlamentarilər çalışırlar ki, sosial və ekoloji cəhətdən zərərli bio-yanacaqlar istisna olmaqla, 2030-cu il iqlim hədəflərində emissiyanın azaldılması, enerji effektivliyi və bərpa olunan enerji mənbələrindən istifadə əsas məsələ olsun. Bu hədəflər karbon emissiyalarının 2050-ci ilədək 1990-cı illərlə müqayisədə 80-95% aşağı salınması üçün Aİ-nin öhdəliklərinə uyğun həyata keçiriləcək.  

Paris konfransınadək əsas hədəflər müəyyənləşdiriləcək

Parlamentarilər 2015-ci ilin dekabrında Parisdə beynəlxalq razılığa gəlmək üçün 1-12 dekabrda keçiriləcək Lima konfransında qabaqcadan əsas hədəfləri müəyyənləşdirəcəklər. Karbon emissiyasının 2050-ci ilədək tədricən azaldılması, adaptasiya və tədbirlərin icrası strategiyası da bunlara daxildir. Ambisiyalı və hüquqi cəhətdən məcburi beynəlxalq razılaşma karbon emissiyasının azaldılmasına, müvafiq sektorlarda, xüsusən çox enerji işlənən sektorlarda rəqabətə davamlılıq məsələlərinin həllinə kömək edəcək.

Aİ maliyyə vəsaiti ayırmalıdır

Parlamentarilər Aİ və üzv ölkələrin BMT-nin "yaşıl iqlim fondu"na maliyyə vəsaiti ayırmaqla bağlı öhdəliklərini yada salıblar. Həmçinin 2009-cu il dekabr Kopenhagen müqaviləsinə əsasən, tərəflərin 2020-ci ilədək iqlim siyasəti üçün hər il 100 milyard dollar ayrılmasına razı olduqlarını xatırladıblar. Parlamentarilər donor təşkilatları da bu təşəbbüsə qoşulmağa çağırıblar. Qeyd olunub ki, emissiyanı 20%-dən aşağı salmaq üçün Aİ-də hər şey qaydasındadır. Karbon emissiyası çox olan digər ölkələr müqayisə oluna bilən həddə emissiyaları azaltsalar, Aİ 2020-ci ilədək emissiyanı 30%-dək azaltmağa hazırdır.

Adaptasiya üçün inkişaf etməkdə olan ölkələrə yardım

Parlamentarilər bildiriblər ki, iqlim tədbirlərinin maliyyələşdirilməsi, texnologiyaların ötürülməsi və potensialın yaradılması ilə bağlı razılıqlar emissiyaların azaldılmasına az töhfə verən, lakin bunun təsirindən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə kömək üçün vacibdir. Üzv ölkələr karbon bazarlarında artan gəlirlərinin bir hissəsini inkişaf etməkdə olan ölkələrə kömək üçün istifadə etməlidirlər.

Parlamentarilər bildiriblər ki, gəmi və təyyarələrdə karbon emissiyasının azaldılması üçün Beynəlxalq Dəniz Təşkilatı (İMO) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) vaxtında və qənaətbəxş nəticələr əldə etməlidir. Beynəlxalq iqlim tədbirlərinin maliyyələşdirilməsi üçüm "karbon" vergisi gəlirlərindən vəsait ayrılmalıdır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib