SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
01 Dekabr 2014 | 10:27
"Fluxys" və "Desfa" təbii qazla bağlı əməkdaşlıq edir
A
A
print
Baxılıb: 645

Belçikanın federal enerji bazarı tənzimləyicisi "Creg", Belçikanın təbii qaz şəbəkəsi operatoru "Fluxys" və yunan həmkarları "Rae" və "Desfa" təbii qaz sahəsində əməkdaşlıq edəcəklər. Bu isə Belçika və Yunanıstan arasında təbii qaz sahəsində əməkdaşlığı möhkəmləndirəcək. Təbii qaz şəbəkəsinin inkişafı və bazar tənzimləmələri üzrə ən yaxşı təcrübə və bacarıqlar mübadilə olunacaq. Bu barədə "Natural Gas Europe" xəbər verir.

"Fluxys" and "Desfa" Yunanıstanda virtual satış nöqtəsi yaratmaq üçün razılığa gəliblər. Belçikanın "giriş-çıxış" modeli qüvvəyə mindikdən sonra "Fluxys" özünün "Huberator" yardımçı şirkəti vasitəsi ilə Avropadakı ilk "Zeebrugge Beach" (1999) fiziki ticarət mərkəzini və "Zeebrugge" virtual  ticarət mərəzini (2012) idarə edir.

Yunanıstanda likvid topdansatış bazarlarının yaradılmasının texniki-iqtisadi əsasları da müqaviləyə daxildir. Bu isə bazar iştirakçılarının təbii qaz mübadiləsi aparması və Avropa qanunvericiliyinə uyğun fəaliyyət göstərən balanslı rejimə töhfə verən virtual mərkəzin yaradılması deməkdir.

"Fluxys" şirkətinin baş icraçı direktoru  Volter Piraer və "Desfa" şirkətinin baş icraçı direktoru Konstantinos Xifaras Aİ-nin Üçüncü Enerji Paketində nəzərdə tutulduğu kimi, Avropada ötürücü sistemlər arasında yaxşı əməkdaşlığı xüsusi vurğulayıblar: "Yunanıstanın təbii qaz şəbəkəsi cənub-şərqi Avropanın regional təbii qaz bazarının yaradılması baxımından ilk addımdır. Bu, yunan bazarının fəaliyyətini təkmilləşdirəcək. Şübhəsiz, Azərbaycan təbii qazını Yunanıstana çatdıracaq Trans-Adriatik boru kəmərinin inşası sayəsində mənbələrin diversifikasiyası təchizatın təhlükəsizliyini və regionda qiymətlərin şəffaflığını artıracaq".

Sərbəst bazar üçün imkan

"Creg" və "Rae" Aİ qanunvericiliyi və milli tənzimləyici qaydaların icrası ilə bağlı anlaşma memorandumu imzalayıblar. Hər 2 bazar tənzimləyicisi müvafiq investisiya şərtləri ilə bütün müştəri və təchizatçılar üçün sərbəst bazar imkanı yaradacaqlarını təsdiqləyiblər. Onların səlahiyyəti daxilində olan sektorlar üzrə informasiyanın vaxtında və düzgün mübadiləsi nəticəsində hərtərəfli və effektiv tənzimləyici qərarlar qəbul olunacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib