SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
02 Dekabr 2014 | 10:42
Novak: Rusiya Avropanın etibarlı təbii qaz təchizatçısıdır
A
A
print
Baxılıb: 685

Dekabrın 1-də Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, "Cənub Axını" boru kəməri layihəsi dayandırılsa da, Rusiya təbii qazı avropalı müştərilərinə çatdırmaq üçün müqavilə öhdəliklərinə əmək edəcək.

"Bütün müqavilələr, eləcə də hökumətlərarası müqavilələr qüvvədədir. Problem budur ki, Aİ Komissiyası hər vəchlə "Cənub Axını" layihəsinin icrasına mane olmağa çalışır. Hesab edirəm ki, Rusiya öz müqavilələrinin icrasına davam edəcək. Hər halda, biz Avropa ölkələrinin etibarlı təbii qaz təchizatçısı olaraq qalacağıq", - Ankarada prezident Putini Türkiyəyə rəsmi səfərində müşayiət edən Novak bildirib.

Dekabrın 1-də Putin daha əvvəl bildirmişdi ki, Rusiya Aİ Komissiyasının "qeyri-konstruktiv" yanaşması fonunda layihənin icrasını davam etdirmək niyyətində deyil. Prezident qeyd edib ki, Rusiya cənubi avropalı müştəriləri üçün Türkiyənin Yunanıstanla sərhəddində təbii qaz üçün əlavə birləşdirici şəbəkə inşa edə bilər.

Aİ Komissiyası Ukraynadan yan keçən "Cənub Axını" layihəsini tənqid edir. Komissiya iddia edir ki, bu, Aİ-nin "Üçüncü Enerji Paketi"nə ziddir. Həmin qaydalara görə, təbii qaz istehsalçısı eyni zamanda onun boru kəməri ilə nəqlinə nəzarət edə bilməz. Moskva isə layihənin sözügedən Aİ tənzimləmələrinə zidd olmadığını iddia edir.

2012-ci ildə "Qazprom" Rusiya təbii qazının mərkəzi və cənubi Avropa ölkələrinə etibarlı çatdırmaq üçün Qara dənizdən keçən boru kəmərinin inşa olunacağını   elan etmişdi. "Cənub Axını" layihəsinin 2018-ci ilədək tam istismara verilməsi nəzərdə tutulmuşdu.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib