SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
05 Dekabr 2014 | 10:13
Yunker: "Cənub Axını" boru kəmərinin inşası mümkündür
A
A
print
Baxılıb: 737

Aİ Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib ki, 40 milyard dollarlıq "Cənub Axını" təbii qaz boru kəməri inşa oluna bilər. O, Rusiyanı layihədən imtina etməklə Bolqarıstanı çıxılmaz vəziyyətdə qoymaqda günahlandırıb. Bu barədə "Reuters" xəbər verir.

"Cənub Axını"nın Bolqarıstandan keçməsi ölkəyə mühüm fayda verə bilərdi. Bolqarıstanın baş naziri Boyko Borisovla görüşdən sonra Yunker Aİ anti-monopoliya qaydalarının layihəyə mane olması ilə bağlı Rusiyanın bəyanatı ilə razılaşmayıb. O, boru kəməri ilə bağlı məsələlərin həllinin mümkün olduğunu, bununla bağlı Bolqarıstanla danışıqlar apardığını bildirib.

Dekabrın 1-də Rusiya bildirmişdi ki, "Qazprom"un Rusiya təbii qazı üçün ənənəvi marşrutu - Ukraynadan yan keçən boru kəmərinin inşası dayandırılacaq. Layihə Aİ-nin mülkiyyətin təchizatdan ayrılması ilə bağlı anti-monopoliya qaydalarına ziddir. Qeyd edək ki, Rusiya Türkiyə ilə birlikdə alternativ marşrutla bağlı danışıqlar aparır.

Yunker Rusiyanı Moskva ilə siyasi və iqtisadi münasibətləri saxlayan, demək olar ki, Rusiya təbii qazından tam asılı olan Bolqarıstanı hədələməkdə günahlandırıb. "Enerji münasibətlərinə görə Bolqarıstanın asanlıqla təhdid olunmasını qəbul etmirəm. Rusiya ilə münasibətlərimizi yaxşılaşdırmaq üçün bütün lazımi addımları atacağıq. Bu isə təkcə Aİ-dən və Aİ Komissiyasından asılı deyil. Təkbaşına "tanqo" oynamaq olmaz", - o deyib.

Borisov da təsdiqləyib ki, "Cənub Axını" inşa oluna bilər, lakin bu Aİ qaydalarına, xüsusən "Üçüncü Enerji Paketi" qaydalarına uyğun olmalıdır. Həmin qaydaya görə, təbii qazın istehsalçısı eyni zamanda onun nəqliyyatına nəzarət edə bilməz.

Layihənin Aİ qaydaları ilə uzlaşdırılması çərşənbə axşamı Aİ energetika nazirlərinin toplantısında müzakirə olunacaq.

"Ümid edirəm "Üçüncü Enerji Paketi" də daxil olmaqla, bütün texniki məsələlər görüşdə həllini tapacaq", - Borisov deyib. O, Rusiyadan rəsmi olaraq "Cənub Axını"nın dayandırılması haqqında xəbərdarlıq almadığını deyib.

Aİ mənbələri bildiriblər ki, Rusiyanın "Cənub Axını"nın dayandırılması ilə bağlı qərarı qaydaların yüngülləşdirilməsi üçün üzv ölkələrin Aİ Komissiyasına təzyiq göstərməsinə hesablanıb.

Eyni zamanda neftin qiymətinin düşməsi və iqtisadi sanksiyalara görə, Rusiyanın "Cənub Axını"nın maliyyələşdirilməsi ilə bağlı problemləri var.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib