SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
10 Dekabr 2014 | 13:25
Aİ toplantısı "Cənub Axını"nın yasına çevrildi
A
A
print
Baxılıb: 752

Rusiyanın "Cənub Axını" layihəsinə qoşulan Aİ ölkələri enerji təhlükəsizliyini artırmaq üçün başqa yollar axtarmağa başlayıblar. Dekabrın 9-da 7 ölkənin energetika naziri Aİ-nin enerji məsələləri üzrə komissarı Maroş Şefçoviçin iştirakı ilə Brüsseldə danışıqlar aparıblar.

Ötən həftə Ankarada Rusiya prezidenti Vladimir Putin "Cənub Axını" layihəsinin ləğv edildiyini bildirmişdi. Ona görə də nazirlər Putinin ciddi olub-olmadığına Şefçoviçin aydınlıq gətirməsini istəyiblər. Putin layihə Aİ-nin
anti-monopoliya qaydalarına zidd olduğuna görə Türkiyədə yeni boru kəmərinin inşa olunacağını demişdi. 

Avstriya, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İtaliya, Rumıniya və Sloveniya hələ də Rusiyadan rəsmi bildiriş gözləyirlər. Aİ-də bəziləri güman edir ki, Putin bununla Aİ-nin anti-monopoliya qaydalarını yüngülləşdirməsinə çalışır. Aİ Komissiyası hesab edir ki, Putin layihəni maliyyə çətinliyinə görə, həmçinin Ukrayna müharibəsi ilə artıq öz məqsədinə - Ukraynada sabitliyi pozmağa nail olduğuna görə (Aİ təbii qaz nəqli şəbəkəsindən yan keçməklə) dayandırıb.

7 Aİ ölkəsi birgə bəyanatlarında bildirib ki, Aİ qanunları çərçivəsində olsaydı, Rusiya boru kəməri əlverişli olardı, çünki bu təchizatın diversifikasiyasına imkan verir.

9 dekabr toplantısı əsasən Aİ ölkələrində daxili birləşdirici şəbəkələrin yaradılmasına yönəldilib. Məqsəd Rusiya Cənub-şərqi Avropaya təbii qazı kəsəndə, Aİ ölkələri arasında təbii qazın paylanmasıdır. Nazirlər həmçinin yeni maye qaz terminallarından və "Cənub Axını" layihəsi ilə rəqabət aparan TAP və "East-Med" layihələrindən danışıblar.

Nazirlər razılığa gəliblər ki, Şefçoviç "yüksək səviyyəli işçi qrupu" yaradacaq. Həmin işçi qrupu "Aİ-nin iki büdcə sətri üzrə - İttifaqın 315 milyard avroluq investisiya fondu və CEF (nəqliyyat, enerji və rəqəmsal şəbəkələrin birləşdirilməsi) layihəsindən nə qədər pul ayrılacağını qiymətləndirəcək. Elə həmin gün Bolqarıstan, Yunanıstan və Rumıniya "şaquli təbii qaz dəhlizi" yaradacaqlarını bildiriblər.

Çoxları Brüsseldə Rusiyanın atdığı addımdan məmnundur. Şefçoviç də öz növbəsində sevincini gizlədərək Moskvaya rişxənd etməyib. O, TAP layihəsi üzrə işlərin plana uyğun davam etdiyini bildirib. 2019-cu ildən etibarən TAP layihəsi vasitəsi ilə Xəzər təbii qazı Rusiyadan yan keçərək Türkiyə vasitəsilə Aİ-yə çatdırılacaq. Şefçoviç həmçinin bildirib ki, "East-Med" - Aralıq dənizi təbii qazını Yunanıstan və Rusiyaya çatdıran israil-yunan layihəsi də səmərəli ola bilər. Aİ Komissiyası bu layihənin texniki-iqtisadi əsaslarının araşdırılmasında iştirak edə bilər.

İtaliyanın iqtisadiyyat nazirinin müavini Klaudio De Vinsenti "Cənub Axını" layihəsindən keçmiş zamanda sitat gətirib. "Hesab edirəm ki, "Cənub Axını" layihəsinin hüquqi həlli mümkün idi", - o deyib. O bildirib ki, mənbələrin diversifikasiyası marşrutun diversifikasiyasından daha vacibdir. O, Şefçoviçi "East-Med" araşdırmalarında iştirak etməyə dəvət edib.

 

Qış təchizatı

Rusiya Krımın işğalından sonra qiymət mübahisəsinə görə iyulda Ukraynanın təbii qazını kəsmişdi. Elə həmin vaxtdan da Aİ-ni təbii qazı kəsəcəyi ilə hədələyirdi.

Dekabrın 9-da Şefçoviç qış mövsümü ilə bağlı müvəqqəti anlaşmanın qüvvədə olduğunu bildirib. O deyib ki, Ukrayna dekabrın 8-də müvəqqəti güzəşt qiyməti ilə 1 milyard kubmetr təbii qazın pulunu qabaqcadan ödəyib. Onun bu sözləri Aİ-nin "Qazprom"un nağd pul əlinə keçən kimi təchizatı dayandırmasından narahatlığını gizləyir.  Həmçinin TANAP və "East-Med" haqqında fikirləri də sabiq "Cənub Axını" ölkələrinin narahatlığını ört-basdır edir.

Rusiya-Türkiyə boru kəməri?

Putinin Türkiyəyə yeni boru kəməri inşa etməsi TANAP, “East-Med” layihələrinə, Aİ-nin Rusiya təbii qazından asılılığı azaltmaq səylərinə zərbə vuracaq. Bu, həmçinin Aİ qonşuluğunda 2 avtoritar liderin ittifaqı deməkdir. Bəzi Aİ rəsmiləri hesab edir ki, Türkiyə variantı maliyyə və texniki cəhətdən inandırıcı görünmür. Belə güman olunur ki, Putin öz nüfuzunu qorumaq üçün, Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan isə Aİ üzvlük danışıqlarında mövqeyini yaxşılaşdırmaq üçün bu addımı atıb.

Ankara hesab edir ki, layihəni tənqid etmək "ikiüzlülük" olardı, çünki Türkiyə Rusiya təbii qazını yunan-türk sərhəddindən almaq istəyən Aİ ölkələri ilə birlikdə bu addımı atır.

Türkiyə çalışır ki, Aİ üzvlük danışıqlarında enerji, iqtisadi məsələlər və hüquq norması ilə bağlı növbəti fəsillərə keçsin. Yeni fəsillərin açılması Ərdoğanın xeyrinə olacaq və Aİ yönümlü islahatlara imkan verəcək. Buna baxmayaraq, hər 2 tərəfdə Aİ-nin Türkiyənin qoşulmasına imkan verəcəyinə inananlar azdır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib