SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
10 Dekabr 2014 | 02:01
Cənub Qaz Dəhlizi Azərbaycan nümayəndələrinin iştirakı ilə Brüsseldə müzakirə olundu
foto: eunews.az
A
A
print
Baxılıb: 1227

"Cənub Qaz Dəhlizi - Avropanın Enerji Təhlükəsizliyi yolunun açılması" - Brüsseldə keçirilən yüksək səviyyəli görüşün mövzusu bu idi. Yüzdən çox mütəxəssis Xəzər qazını Avropaya daşıyacaq infrastruktur layihəsini müzakirə etmək üçün bir araya gəlmişdi. 

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin yüksək nümayəndələri, azərbaycanlı diplomatlar, eləcə də Avropa İttifaqı Komissiyasının Enerji İttifaqı üzrə vitse-sədri Maroş Şefçoviç də iştirak edirdilər.

Görüşdə söz alan Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğu yanında səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Cənub Qaz Dəhlizinin (CQD) həyata keçirilməsi üçün Azərbaycanın qarşısında vacib öhdəliklərin durduğunu xatırladıb, layihə əsasında Aİ və Azərbaycan strateji-siyasi dialoqunun qurulacağına ümid etdiyini deyib. 

İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Klaudio De Vinçenti CQD-nin qlobal enerji idarəçiliyinə gözəl bir nümunə olduğunu vurğulayıb. 

Avropa İttifaqı Komissiyasının Enerji İttifaqı üzrə vitse-sədri Maroş Şefçoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşüb CQD-ni müzakirə etdiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi layihəni prioritet olaraq görür və işlərin zamanında bitiriləcəyinə zəmanət verir. Şevçoviçin fikrincə, CQD regionda planlaşdırılan digər layihələr üçün təkan ola bilər. O, planlaşdırılan Enerji İttifaqına ehtiyac olduğunu, bu ittifaqın yaradılması üçün əsil əlverişli bir anın gəldiyini vurğulayıb.

ARDNŞ-ın Marketinq və Sərmayələr üzrə sədr müavini Elşad Nəsirov Azərbaycanın Avropanın işıqlandırılmasına töhvə verməsindən qürur duyduğunu deməklə, ölkəsinin qitədə əhəmiyyətinin artmasına diqqət çəkib. Onun sözlərinə görə, CQD enerji nəqli layihəsinin fövqündə duran bir layihədir. Bu, Azərbaycan-Avropa tərəfdaşlığından tutumuş, iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə, super şosse yoludur. Çatdırılan qazın həcmi bütün Avropa miqyasında cüzi olsa da, spesifik regionlarda enerji təchizatı problemlərini kökündən həll edə bilər. Bundan əlavə, cənab Nəsirovun fikrincə, layihənin ətraf mühitin qorunmasına ayırdığı diqqət də təqdirəlayiqdir. 

Görüşdə BP-nin CQD üzrə sədr müavini Co Mörfi və TAP icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşmüşdür. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib