SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
11 Dekabr 2014 | 10:48
Yunan nazir Maniatis DESFA-nın özəlləşdirilməsini müzakirə edib
A
A
print
Baxılıb: 698

Dekabrın 8-9-da Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişkənliyi üzrə naziri Yiannis Maniatis Brüsseldə energetika nazirləri şurasında iştirak edib. Aİ Komissiyasının Enerji İttifaqının vitse-prezidenti Maroş Şefçoviçlə görüşdə DESFA təbii qaz şəbəkəsi operatorunun özəlləşdirilməsini müzakirə edib. Bu barədə “ANA-MPA” xəbər agentliyi məlumat verir.

Maniatis DESFA şirkətinin Avropada enerji təhlükəsizliyi roluna görə Aİ Komissiyasına təsdiqini gözləyən bu məsələni sürətləndirməyi təklif edib. O, yunan hakimiyyət orqanlarının baş enerji direktoratlığı ilə əməkdaşlıq etdiyini, bütün prosedurların milli qanunvericiliklə və “Üçüncü Enerji Paketi” qaydaları ilə tam uyğun olduğunu bildirib.

ARDNŞ 2013-cü ilin iyun ayında tenderdə qalib gələrək DESFA şirkətinin paylarının 66%-ni almışdı. Aİ Komissiyası hələlik bunu təsdiqləməyib. Yunanıstanın enerji tənzimləyici (RAE) agentliyi oktyabrın 2-də DESFA paylarının ARDNŞ-yə ötürülməsinə icazə verib. ARDNŞ Aİ xaricində olan şirkət olduğu üçün bu razılıq Aİ Komissiyası ilə məsləhətləşmələrdən və DESFA əlavə öhdəliklər götürdükdən sonra əldə olunub.

Noyabrın 5-də DESFA-nın payının ARDNŞ-yə satılmasının mövcud qaydalara uyğunluğunu yoxlamaq üçün Aİ Komissiyasının rəqabət agentliyi 3 ay vaxt istəmişdi. Aİ Komissiyası bu addımın “şirkətlərin birləşməsi” ilə bağlı qanunlara uyğunluğunu yoxlamaq üçün hərtərəfli araşdırmaya başlayıb. Komissiya bildirib ki, bu tranzaksiya Yunanıstanda təbii qaz sektorunda rəqabətə davamlılığı azalda bilər. Belə ki, bu ARDNŞ-nin rəqiblərinin Yunanıstanın təbii qaz nəqli şəbəkəsinə çıxışına mane ola bilər. Ona görə də Komissiya bu barədə 2015-ci il martın 23-də qərar verəcək. ARDNŞ isə Aİ Komissiyasının bu razılığı 2015-ci il fevral ayının 25-dək təsdiqləyəcəyinə ümid edir.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin bildirdiyinə görə, dövlət şirkəti məsələ ilə bağlı Aİ Komissiyası ilə əməkdaşlığa davam edir, lazımi informasiyaları vaxtında çatdırır və araşdırmanı sürətləndirmək üçün bütün sorğulara cavab verir. Rövnəq Abdullayev bildirib ki, DESFA-nın özəlləşdirilməsi Yunanıstan və Aİ üçün çox əhəmiyyətlidir. ARDNŞ üçün isə bu bir çox investisiya layihələrindən biridir. “Bu, investisiya üçün yaxşı infrastruktur layihəsi və uzunmüddətli dövrdə gəlir deməkdir. ARDNŞ üçün burada qısamüddətli investisiya imkanları da var. Biz onlarla (Aİ Komissiyasının rəqabət məsələləri üzrə baş direktoratlığı) əməkdaşlıq edir, bütün sorğulara cavab veririk. Fevralın 25-dək onların qərar qəbul etməsini gözləyirik”, - o deyib.

DESFA-nın əməliyyat apardığı nəqliyyat şəbəkəsinin Azərbaycan təbii qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri ilə əlaqəsi yoxdur. Buna baxmayaraq, ARDNŞ hesab edir ki, onlar arasında əməkdaşlıq vacibdir. Yunanıstan Xəzərin “Şahdəniz-2” yatağından təbii qaz alacaq. DESFA və TAP bunun Yunanıstan və digər müştərilərə çatdırılmasını təmin etməlidir.

Xatırladaq ki, TAP və yunan hökuməti arasındakı müqavilənin tərkib hissəsi kimi TAP və DESFA 2013-cü ildə boru kəmərinin Yunanıstan hissəsində əməliyyatlar və texniki xidmət, eləcə də hər 2 təbii qaz şəbəkəsinin daxili birləşməsi və funksional uyğunluğu ilə  bağlı növbəti əməkdaşlıq müqaviləsi imzalamışdılar.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib