SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Enerji
20 Dekabr 2014 | 12:04
TAP boru kəmərləri çəkilişi üçün tender elan edir
A
A
print
Baxılıb: 1284

Trans-Adriatik Boru Kəməri (TAP) quruda kəmər və siyirtmələrin çəkilməsi üzrə müsabiqə elan edib. Müqaviləyə Kavala, Yunanıstanda Tessaloniki və Albaniyada Durres bölgələrində sözügedən ehtiyat materiallarının quraşdırılması daxildir.

Boru kəmərlərinin ümumi uzunluğu 780 kilometr, həcmi 443.000 ton, diametri isə müvafiq olaraq 48 inç və 36 inç olacaq.

TAP-ın təchizat üzrə direktoru Knut Ştayner Kvindesland, “TAP bu müqaviləni 6 hissəyə bölüb. Bu səbəbdən bir çox kompaniyaların müqavilədə iştirak etmək haqları olacaq. Podratçılarımıza olan əsas tələbimiz bizim SƏTƏM qaydalarına əməl etmələridir”, - deyə bildirib.

Dənizdə boru kəmərlərinin çəkilişi üzrə tender isə 2015-ci ilin əvvəlindən  etibarən elan ediləcək.

Trans - Adriatik Boru kəməri (TAP) haqqında

TAP “Şahdəniz” yatağının 2-ci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 kilometrlik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq, Türkiyə-Yunanıstan sərhəddinin Kipoi məntəqəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonunda İtaliyanın cənub sərhədlərinə çatacaq.

TAP boru kəməri öz marşrutu boyunca iqtisadi inkişaf və iş yerlərinin yaradılmasını təşviq edəcək. Bu, heç bir qrant və ya subsidiyalardan asılı olmayan və birbaşa xarici investisiyaların hesabına maliyyələşən layihədir. Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub və bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq.

TAP səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%) şirkətlərindən ibarətdir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib