SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
30 Noyabr 2013 | 15:02
Vilnüs sammitinin yekunları
A
A
print
Baxılıb: 870

Ukrayna Avropa İttifaqı ilə Dərin və Müfəssəl Azad Ticarət Zonalarının (DMATZ) yaradılmasını nəzərdə tutacaq assosiasiya müqaviləsini imzalamayacağını desə də, Vilnüsdə bunun əksinin olacağına ümid edənlər də var idi. Lakin bu baş vermədi. Ukrayna Aİ ilə yalnız birgə hava məkanı barədə razılaşma imzalamaqla kifayətləndi. 

Azərbaycan heç bir sürprizə yol vermədən viza sadələşdirilməsi və readmissiya müqavilələrini imzaladı. 

Gürcüstan və Moldova Assosiasiya Müqaviləsinə dərkənar atdılar və bir neçə aya bu müqavilənin son versiyasını imzalayacaqlar. Bundan əlavə, Aİ və Gürcüstan arasında böhran idarəçiliyi missiyalarında iştirakına imkan verəcək çərçivə sazişi imzalandı. Saziş Gürcüstanın Birgə Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Aİ ilə əməkdaşlığının əsaslarını təsis edir. 

Ermənistan nümayəndə heyəti evə əliboş dönməməkdən ötrü Aİ ilə birgə bəyanatla çıxış etdi. Bəyanatda Ermənistanla Aİ-nın Şərq Tərəfdaşlığı çərçivəsində ortaq maraqlarının olduğu və münasibətlərin genişləndirilməsi üçün tədbirlər görülməsinin vacibliyi vurğulanır. 

Sonda zirvə görüşü iştirakçıları birgə bəyanat imzaladılar. Bəyanat Şərq Tərəfdaşlığının 2015-ci ilədək hədəflərini müəyyən edir. 2014-cü ilin payızınadək DMATZ yaradılmasını nəzərdə tutan assosiasiya müqavilələrinin imzalanaraq tətbiq olunmağa başlaması, bu müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı təqvimin və monitorinq mexanizminin hazırlanması, tərəfdaş ölkələrdə islahatlara dəstək verilməsi, iqtisadi inteqrasiyanın növbəti mərhələsi kimi onların Müştərək Tranzit Konvensiyasına üzvlüyünün təmin edilməsi, mərhələli şəkildə vizasız gediş-gəliş qaydalarının təsis edilməsi, ŞT-nın tərəfdaş ölkələrdəki kiçik və orta sahibkarlıqlar üçün əlverişli şərtlər yaradan bir mexanizmə çevrilməsi, Birgə Bilik və İnnovasiya Məkanının inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına yardım, xalqları bir-birilərinə yaxınlaşdıracaq mübadilə proqramlarının genişləndirilməsi və ŞT-nın Şəffaflıq Strategiyasının hazırlanması birgə bəyanatda 2015-ci ilədək görüləcək işlər kimi müəyyən olundu.  

Avropa Komissiyası verilən zaman kəsiyində bu işlərin görülməsinin mümkünlüyünü öyrənməlidir. Bəyanatda həm də tərəfdaş ölkələri islahatları sürətləndirməyə sövq edəcək “çoxa görə çox” prinsipi öz əksini tapıb. Bəyanatı imzalayan ölkələr Avropanın enerji təchizatı yolunda atılan addımları, o cümlədən “Trans-Adriatik” boru kəməri, Cənubi Qafqaz boru kəməri, Azərbaycan-Gürcüstan-Rumıniya qaz şəbəkəsi layihələrini alqışladıqlarını bildiriblər. Bundan əlavə, onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq qaydaları çərçivəsində, sülh danışıqları yolu ilə həll olunmasına tərəfdar olduqlarını da bəyan ediblər.

Yalçın Məmmədov
Lotaringiya Universiteti (sabiq Nansi Universiteti), millət-dövlət konsepsiyası və onun Cənubi Qafqaz ölkələrindəki adaptasiyası üzrə PhD namizəd.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib