SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
18 Dekabr 2013 | 12:24
Avropa məhkəməsi: "Erməni soyqırımını" inkar etmək cinayət deyil
A
A
print
Baxılıb: 452

"Reuters" xəbər agentliyinin məlumatına əsasən, dekabrın 17-də Avropa Ədalət Məhkəməsi İsveçrənin də iştirak etdiyi məhkəmə işinin qərarında bildirib ki, “Osmanlı Türkiyəsində 1915-ci ildə ermənilərin kütləvi qətlinin soyqırım olmasını inkar etmək cinayət deyil”.

47 ölkədən ibarət olan İnsan Haqları Avropa Konvensiyasını dəstəkləyən məhkəmə bildirib ki, İsveçrədə qəbul edilmiş soyqırımı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqda qanun fikir azadlığı prinsipinə ziddir. Bu qərar Osmanlı imperiyası dövründə ermənilərin qırğını üçün "soyqırım" ifadəsinin işlədilməsindən imtinanı cinayət hesab edən Fransa kimi başqa Avropa ölkələri üçün də keçərlidir.

Xatırladaq ki, 2007-ci ildə İsveçrəyə mühazirə səfərində "erməni soyqırımına" "Beynəlxalq yalan" damğası vurduğuna görə İsveçrə məhkəməsi sol Türk Fəhlə Partiyasının lideri Doğu Perinceki cərimələmişdi.

Türkiyə 1915-ci ildən etibarən partizan döyüşlərində çoxlu ermənilərin qırıldığını qəbul edir, lakin bir çox qərb tarixçiləri və xarici parlamentlər 1.5 milyon nəfərin öldürüldüyünü və bunun "soyqırım" aktı olduğunu inkar edir.

"Soyqırım" hüquqi mənada elə bir anlayışdır ki, bunu sübut etmək çox çətindir”, məhkəmə bildirib. "Cənab Perincek ziddiyyətli müzakirədə tarixi, hüquqi və siyasi təbiətli çıxış etmişdi", məhkəmə əlavə edib.

Bundan əlavə, məhkəmə II Dünya Müharibəsində alman nasistləri tərəfindən törədilmiş yəhudi qırğınlarının inkarı ilə əlaqədar ittihamları rədd etməsi ilə ermənilərlə bağlı məhkəmə işini fərqləndirdi. “Bu hallarda (yəhudi holokostunun inkarı) iddiaçılar bəzən qaz kameralarından istifadə olunması kimi tarixi faktları inkar etmişlər", məhkəmə deyib. "Onlar açıq hüquqi əsasları olan, nasist rejim tərəfindən törədilmiş cinayətləri inkar ediblər. Bundan əlavə, onların inkar etdikləri faktlar beynəlxalq məhkəmə  tərəfindən müəyyən olunub. "

Hakimlər o vaxtkı Fransa prezidenti Nikola Sarkozi hökumətinin qəbul etdiyi qanunun qeyri-konstitusional olaraq mətbuat və söz azadlığını pozmasına görə Fransanın Konstitusiya Şurası tərəfindən qanunsuz hesab edilməsi ilə bağlı qərardan da sitat gətirdilər.

Qeyd edək ki, İsveçrə 3 ay ərzində qərardan apellyasiya şikayəti verə bilər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib