SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
25 Mart 2014 | 13:29
Avropa İttifaqı-ABŞ sammiti keçiriləcək
Photo: europarl.europa.eu
A
A
print
Baxılıb: 456

Avropa Parlamentinin mətbuat xidməti məlumat verir ki, martın 26-da Brüsseldə Avropa İttifaqı-ABŞ sammiti keçiriləcək.

Avropa İttifaqını (Aİ) sammitdə Aİ Şurasının prezidenti Herman Van Rompuy və Aİ Komissiyasının prezidenti Joze Manuel Barrozu, ABŞ-ı isə prezident Barak Obama təmsil edəcək.

"Aİ-ABŞ sammiti bizim əlaqələrimizdə çox mühüm yer tutur. Biz unikal və əvəzolunmaz strateji əməkdaşıq. Praktik olaraq bizi narahat edən bütün siyasi məsələlərdə əməkdaşlıq edirik. Avropa və dünyada beynəlxalq təhlükəsizlik prinsipləri və diplomatik çağırışların artdığı bir vaxtda Aİ və ABŞ əməkdaşlığı olduqca əhəmiyyətlidir", - görüşdən əvvəl prezident Van Rompuy bildirib.

Prezident Barrozu deyib: "Bu tədbir bizə münasibətlərimizi dəyərləndirmək imkanı verəcək. Biz gələcək planlarımızı hazırlamaq, Trans-Atlantik münasibətlərin əhəmiyyətini vurğulamaq imkanı qazanacağıq. Yaxşı bilirik ki, iqtisadiyyatdan tutmuş, “G20” kontekstində iqlim dəyişkənliyi, enerji təhlükəsizliyi, terror əleyhinə mübarizə, nüvə silahlarının yayılmasının qarışısının alınmasına kimi qlobal çağırışların həllində səylərimizi birləşdirmək çox vacibdir.

Sammit Aİ-ABŞ strateji əməkdaşlığının Trans-Atlantik münasibətlərə, eləcə də qlobal sülh və tərəqqiyə verdiyi töhfələrə həsr olunacaq. Bu sammit Trans-Atlantik ticarət və investisiya əməkdaşlığı (TTİP) üzrə danışıqların dəstəklənməsi və irəli çəkilməsinə kömək edəcək”.

İşgüzar nahar formatında təşkil olunacaq sammitdən sonra mətbuat konfransı keçiriləcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib