SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
19 May 2014 | 07:59
Krım tatarları irimiqyaslı tədbirlər keçiriblər (video)
A
A
print
Baxılıb: 447

Bazar günü, mayın 18-i Krım tatarlar icmasının nümayəndələri sürgün edilməklərinin 70-ci ildönümünü bütün Krım yarımadası boyunca yad ediblər. Xatırladaq ki, Krım tatarlarının deportasiyası 1944-cü ildə Stalinin göstərişi ilə həyata keçirilmişdir. SSRİ rəhbərliyi tatarları nasist Almaniyası ilə əməkdaşlıqda günahlandıraraq, 200 min insanı mərkəzi Asiyaya, xüsusilə Özbəkistana sürgün etdirmişdi.

Hər il bu sürgün aktı Simferopol şəhərinin mərkəzində matəm mitinqi ilə yad edilir. Lakin bu dəfə Krım "hökuməti" paytaxtda mitinqin keçirilməsini qadağan etdi və tatar icmasına matəm duaları ilə kifayətlənməyi məsləhət gördü. Bundan əlavə, Rusiyanın təyin etdiyi hökumət şəhərin mərkəzinə Omon dəstələri və hərbi qüvvələr yeridib, şəhəri blokadaya alıb. Nəticədə, bu il yadetmə mərasimi şəhərin kənarında Ağməscid məhəlləsində baş tutub və bu mərasimdə iştirakçıların sayı 15 min nəfərə çatıb. Tatar Məclisinin rəhbəri Rüfət Çubarov tatarları milli birliyə çağırıb: "Yalnız bir olacağımız halda bizə hörmət edəcəklər". Tədbir zamanı havada iki hərbi təyyarə dövr edərək kütlənin səsini boğmağa çalışıb. Buna reaksiya olaraq, Krım tatarlarının dini lideri Əmirəli Abayev kütləyə səslənib: "Onlar bizə baxırlar, onlar bizdən qorxurlar". Daha sonra mitinqçilər tatarların rəmzi lideri Mustafa Cəmilevin adını ucadan oxumağa başlayıblar. Xatırladaq ki, Mustafa Cəmilevin bu mitinqdə iştirakı planlaşdırılsa da, Rusiya hökuməti Krım tatarlarının rəmzi liderinə Rusiya ərazisinə girməyi qadağan edib. 

Mitinqin sonunda qəbul edilmiş qətnamə tatarlara öz hüquqlarını qoruya bilmək üçün əlavə muxtariyyət verilməsini tələb edir.

Qeyd etmək lazımdır ki, krım tatarları icması və bu icmanın rəmzi lideri Mustafa Cəmilev Ukrayna hakimiyyətinə meyillidir. Onlar Krımda keçirilmiş referendumu tanımırlar və Ukraynanın tərkibində qalmaq istəyirlər.

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib