SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
22 May 2014 | 17:40
Şahzadə Çarlz Putini Hitlerə bənzətdi
reuters
A
A
print
Baxılıb: 511

“The Independence” xəbər verir ki, Rusiya Uels şahzadəsinin prezident Vladimir Putini Adolf Hitlərə bənzətməsini “çox ciddi” qəbul edib.

Rusiya səfirinin müavini Ukrayna böhranına görə verilən şərhlərin doğruluğunu təsdiqləmək üçün Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüşəcək. Rusiya bu fikirlərin şahzadənin Kanadaya səfəri zamanı sıravi insanla şəxsi söhbət əsnasında deyildiyini və “rəsmi mövqe” olub-olmadığını dəqiqiləşdirməyə çalışır.

Şahzadə Çarlz buna görə ciddi tənqidlə qarşılaşıb. Muzeydə könüllü çalışan Marien Fergusonla söhbət zamanı “Putin indi Adolf Hitler kimi hərəkət edir” dediyinə görə hətta şahzadənin hakimiyyətdən getməsi də tələb olunub.

Şahzadə bu fikirləri Rusiyanın Krımı anneksasiyasından və Qərbin qınadığı bir addım atmasından sonra səsləndirib. Xatırladaq ki, Rusiya Qara dəniz yarımadasını zəbt edərək Krımda qanunsuz referendum keçirmişdi.

“Biz FCO-dan (Britaniya Xarici İşlər Nazirliyindən) məsələyə aydınlıq gətirməsini istəyirik. Şahzadənin iqamətgahı bu fikirlərin şəxsi söhbət əsnasında deyildiyini bildirib. Ümid edirik ki, bu fikirlərin arxasında başqa heç nə dayanmır:  “Biz başa düşmürük. Bu, nə deməkdir axı? O ki, gələcəyin kralıdır”, - Rusiyanın yüksək diplomatik mənbəyi “The Telegraph”a bildirib.

Mənbə qeyd edib ki, II Dünya müharibəsi zamanı Hitler rejiminə qarşı mübarizədə itki verən Rusiya üçün bu çox həssas məsələdir. “Bu çox ciddi məsələdir. Həmin müharibədə hər bir ailə kimisə itirib”, - mənbə qeyd edir.

Qeyd edək ki, şahzadənin gələn ay Normandiyanın işğalının (“D-day”) 70-ci ildönümünü qeyd etmək üçün prezident Putinlə görüşü gözlənilir. Putinin nümayəndəsi Dmitri Peskov isə xəbərlərə münasibət bildirməkdən imtina edib.

Krallıq İqamətgahının nümayəndəsi şəxsi söhbətlərə heç bir fikir bildirməyib. “Şahzadə Çarlz şəxsi söhbətlərdə heç vaxt ictimai siyasi bəyanatlar verməz”, - nümayəndə bildirib. Baş nazir Devid Kemeron şahzadənin fikirlərinə şərh verməsə də, qeyd edib ki, “hər kəsin öz şəxsi fikirlərini ifadə etmək hüququ var”.

Leyboristlərin lideri Ed Miliband isə bildirib ki, Şahzadə Çarlz “düzgün müqayisə aparıb”. Britaniyada hər kəs şahzadənin Putinin Ukraynadakı hərəkətləri haqqında fikirlərinə şərikdir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib