SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 May 2014 | 14:52
Aİ Xarici Fəalliyyət Xidməti (EEAS) qarşıdan gələn prezident seçkiləri barəsində bəyanat verib
Photo: EEAS
A
A
print
Baxılıb: 567

"Biz mayın 25-i Ukraynada vətəndaşlara demokratik və dinc vasitələrlə öz gələcəklərini seçməyə şərait yaradan azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi üçün öz güclü dəstəyimizi bəyan edirik. Uğurlu seçkilər gərginliyin azaldılması istiqamətində böyük bir addım olacaq, təhlükəsizliyi və siyasi sabitliyi təmin edəcək. 

Biz mayın 23-ü Ukraynanın şərqində 16 nəfərin ölümü ilə nəticələnən seçkilər ərəfəsində sabitliyi pozmaq cəhdlərinə dərindən kədərlənir, ölənlərin ailələrinə və Ukrayna xalqına başsağlığımızı çatdırırıq. Ukraynalı seçicilər öz seçki hüquqlarının reallaşdırılmasında azad olmalıdırlar. Seçki orqanlarına ölkə boyunca seçkiləri maneəsiz  keçirmələrinə, yerli və beynəlxalq müşahidəçilərə öz funksiyalarını yerinə yetirmələrinə icazə verilməlidir.

ATƏT-in demokratik institutlar və insan hüquqları ofisi Ukraynada seçkilərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək üçün müşahidə missiyası yerləşdirmişdir və bu qiymətləndirmə əsasında nəticələr hamı tərəfindən hörmətlə qarşılanmalıdır. Bu baxımdan, Aİ partiyaların və digər beynəlxalq tərəfdaşların davranış və münasibətinə xüsusi fikir verəcək". 

Xatırladaq ki, sabah - mayın 25-də Ukraynada prezident seçkiləridir və ölkənin şərqində olan rusiyameyilli separatçılar bu seçkilərin baş tutmaması üçün əllərindən gələni edəcəklərinə söz veriblər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib