SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
17 İyun 2014 | 10:11
Gürcüstanda yerli seçkilərinin ilkin nəticələri açıqlandı
photo: AFP
A
A
print
Baxılıb: 755

"Civil.ge" xəbər verir ki, Gürcüstanda 59 bələdiyyə üzrə erkən "Qamgebeli" (bələdiyyə sədri) seçkiləri keçirilib. İlkin nəticələrə görə, 13 dairədə seçkilərin ikinci turu keçirilə bilər. Hakim "GD" ("Gürcü Arzusu") partiyasının qalan 49 bələdiyyədə 50%-dən çox səs toplayan namizədləri isə birinci turdan qalibdirlər.

İyunun 16-da günorta açıqlanan ilkin nəticələrə görə, "GD" partiyasının namizədləri aşağıdakı 13 bələdiyyədə 50%-lik həddi keçməyiblər: Kvareli (GD, 47.91%; UNM, 24.15%); Telavi (GD, 49.88%; UNM, 26.88); Tianeti (GD, 47.37%; Burjanadze koalisiyasının namizədi, 29.93%); Axmeta (GD, 41%; Burjanadze koalisiyasının namizədi, 27.97%); Terjola (GD, 46.81%; UNM, 36.96%); Xoni (GD, 46.87%; UNM 42.11%); Tkibuli (GD, 43.51%; Burjanadze koalisiyası, 33.82%); Martvili (GD, 45%; Burjanadze koalisiyası, 25.76%); Kobuleti (GD, 46.24%; UNM 23.16%); Baqdati (GD, 44.4%; Gürcüstanın "Yol" partiyasının namizədi, 37.59%); Qori (GD, 46.26%; Okruaşvilinin Gürcü Partiyasının namizədi, 26.88%); Lançxuti (GD, 44.38%; Gürcüstan Vətənpərvərləri İttifaqı, 36.82%); Xulo (GD 49.85%; Gürcüstan Vətənpərvərləri İttifaqı, 31.54%);

Laqodexi, Kazbeqi, Mtsxeta, Duşeti, Xaşuri, Tsxaltubo, Senaki, Zuqdidi və Keda bələdiyyələrində "GD" partiyasının namizədləri 50%-dən azacıq çox səs toplamaqla liderdirlər. Onların tam qələbəsi bütün dairələr üzrə seçkilər başa çatdıqdan sonra məlum olacaq.

Etnik azərbaycanlıların yaşadığı dairələrdən isə yalnız etnik gürcülər seçilib. Marneuli bələdiyyəsində "GD" partiyasının namizədi 52,48%-lə liderdir. İkinci yerdə 31% səslə "UNM" (Birləşmiş Xalq Hərəkatı) partiyasından Akmamed İmamquliyev gəlir. Məlumatda 7 dairə üzrə nəticələr nəzərə alınmayıb.

15 iyun bələdiyyə seçkilərindən əvvəl Marneuli diqqət mərkəzində idi. Seçki komissiyası yaşayış yeri tələblərinə görə "UNM" partiyasından İmamquliyevin namizədliyini ləğv etmişdi. "UNM" partiyası bu qərarı qınayaraq, komissiyanı mübarizədə öndə gələnləri kənarlaşdırmaqda günahlandırdı. Partiya komissiyanın qərarından məhkəməyə şikayət verdi, sonuncu isə İmamquliyevin namizədliyini bərpa etdi.

"GD" partiyası  seçkilərdən 3 gün əvvəl Marneuli bələdiyyəsi üzrə namizədini geri çağıracağını bildirmişdi. Partiya iddia edirdi ki, rəqiblər etnik azərbaycanlıların üstünlük təşkil etdiyi Marneuli bələdiyyəsində kampaniyalarda etnik məsələlərdən istifadə edirlər. "GD" partiyası bəyanat yaydığı vaxt namizədliyi geri götürmək üçün son tarix artıq keçmişdi. Ona görə də partiyanın namizədi kampaniyalara davam etdi. "GD" partiyasının Marneuli bələdiyyəsi üzrə namizədi Merab Topçişvili hələlik liderdir. Beləliklə, Azərbaycanlıların çoxluq təşkil etdiyi dairələrdən seçilmiş şəxslər bunlardır: Qaradabani - Qarsevan Nioradze, Marneuli - Merab Topçişvili, Bolnisi - Qoqi Meşveriani, Dmanisi - Qoqi Barbakadze. Etnik ermənilərin çoxluq təşkil etdiyi Cavaxetiyada isə, etnik ermənilər qalib gəlib: Ninotsminda - Qaqik Karlsyan, Axalkalaki - Eduard Aqasaryan. Bu şəxslərin namizədliyi hakim partiya tərəfindən irəli sürülüb.

İlkin nəticələrə görə, "GD" partiyasının namizədləri aşağıdakı bələdiyyələr üzrə ciddi üstünlüyə malikdir: Saqarejo, Qurjaani, Siqnaqi, Dedoplistskaro, Qardabani, Bolnisi, Dmanisi, Tetritskaro, Kaspi, Kareli, Aspindza, Borjomi, Axaltsixe, Adiqeni, Axalkalaki, Oni, Ninotsminda; Ambrolauri, Tsaqeri, Lentexi, Mestia, Xaraqauli, Saçxere, Samtredia, Ozurqeti, Abaşa, Çxorotsku, Şuaxevi, Xobi, Xelvaçauri, Tsalenjixa, Tsalka, Vani, Zestaponi, Çiatura və Çoxatauri.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib