SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
10 İyul 2014 | 10:50
Aİ Rusiya qazından asılılığı azaltmaq üçün TTİP-ə ümid edir
A
A
print
Baxılıb: 472

Avropa İttifaqı (Aİ) Ukrayna böhranına görə Rusiya təbii qazından asılılığını azaltmağa çalışır. Aİ bu məqsədlə Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı (TTİP) üzrə danışıqlarda ABŞ-ın xam neft ixracına qadağanı ləğv etməsini tələb edəcək. Bu barədə "EurActiv" xəbər portalı məlumat verir.

"Washington Post" qəzeti strateji sənədə istinadən iyulun 8-də məlumat yayıb. Məlumata görə, Aİ vasitəçiləri də təbii qaz təchizatlarına çıxış əldə etməyə çalışırlar.

Qeyd edək ki, ABŞ dünyanın 3-cü ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistandan neft idxal edir. Ərəb neftinə embarqo qoyulacağı təqdirdə, ehtiyatlarının kifayət etməsi üçün o, 1975-ci ildən xam neft ixracına qadağa qoyub. Neft ixrac edən ölkələr birliyi (OPEC) 1973-cü ildə ABŞ-da qiymətləri artırmaqla ilk embarqoya başlayıb. 2000-ci ilin ortalarında ABŞ "frekinq" üsulunu geniş tətbiq etməklə, böyük miqdarda neft və qaz hasil etməyə başlayıb.

"Ukraynadakı hazırkı böhran Aİ-nin enerji asılılığının həssas bir məsələ olduğunu təsdiqləyir", - 27 may tarixli sənəddə deyilir.

Həmin sənəd bu ay ziddiyyətli və müxtəlif sahələri əhatə edən azad ticarət sazişi ilə bağlı müzakirələrin aparılacağı ərəfədə yayılıb. Danışıqlar uğurlu olsa, bu, dünya üzrə ÜDM-nin 40%-nə, dünya ticarətinə və xarici birbaşa investisiyalara öz təsirini göstərəcək.

Krımın anneksasiyası ilə yaranan Ukrayna böhranı, Qərbin Rusiyaya qarşı sanksiyaları Aİ-nin Rusiyadan enerji asılılığını artırıb.

Aİ neftin 42%-ni sabiq "Sovet İttifaqı"ndan idxal edir. Aİ təbii qaz idxalının üçdə birini Rusiyadan alır, bunun yarısı isə Ukrayna vasitəsilə nəql olunur. Aİ-nin ən nüfuzlu ölkəsi olan Almaniya da neftin yarısını sabiq Sovet ölkələrindən alır. Almaniya 2022-ci ilədək nüvə enerjisini tədricən azaltmaq istəyir.

Ukrayna Rusiya təbii qazından asılıdır. Rusiya isə bundan siyasi məqsədlə istifadə edir. Xatırladaq ki, İyun ayında Rusiyanın "Qazprom" şirkəti ödənilməyən borclara görə Ukraynaya təchizatı dayandırıb.

Aİ təbii qaz və neftin ixracı üçün ABŞ-ın "hüquqi məcburi öhdəlik" götürməsini tələb edəcək. "Washington Post" qəzetinin yazdığına görə, ekologiya tərəfdarları bundan hiddətləniblər.

NÖVBƏTİ ADDIMLAR:

İyulun ortası: "TTİP" üzrə 6-cı danışıqlar

2014-cü ilin sonu: "TTİP" danışıqları sona çatır


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib