SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
18 Avqust 2014 | 09:09
Ştaynmayer: Ukrayna-Rusiya danışıqlarının nəticəsi olmalıdır
A
A
print
Baxılıb: 540

Avqustun 17-də Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri görüşüblər. Almaniyanın xarici işlər naziri Ştaynmayerin öz sözləri ilə desək, görüşün məqsədi "dayanıqlı atəşkəs planı" əldə etmək olub. Xəbəri "Deutsche Welle" yayıb.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən əvvəl bildirib ki, danışıqların mütləq Ukrayna üçün nəticəsi olmalıdır. "Münaqişə Ukrayna və Rusiya silahlı qüvvələri arasında birbaşa qarşıdurmaya" gətirib çıxarmamalıdır", - o deyib. O, separatçıların əllərində olan Luqansk və Donetsk şəhərlərindəki mülki əhaliyə humanitar yardım məsələsini də irəli sürüb.

Görüşdən əvvəl Ukraynanın xarici işlər naziri Pavlo Klimkin avqustun 17-də rusiyalı həmkarı Sergey Lavrovla danışıqların asan olmayacağını bildirib. Klimkinin "tvitter"də yazdığına görə, "əsas məsələ silahların və muzdlu döyüşçülərin Rusiyadan axınının qarşısını almaqdır".

Ukrayna hökuməti ilə separatçılar arasında münaqişə artıq 4 aydır ki, davam edir. İndiyədək 2100-dək adam ölüb, bölgədə humanitar böhran yaranıb. BMT-nin hesabatına görə, 285 mindən çox adam münaqişə zonasından didərgin düşüb.

Daha bir təyyarə vurulub

Dünən gecə separatçılar başqa bir Ukrayna hərbi təyyarəsini vurublar. Hərbi nümayəndə Ukraynanın şərqindəki Luqansk bölgəsində "Miq-29" qırıcı təyyarəsinin vurulmasını təsdiqləyib. Katapultla təyyarədən çıxan pilot axtarış nəticəsində tapılıb.

Qeyd edək ki, hadisədən əvvəl, avqustun 16-da separatçılar hökumət qüvvələrinin geri oturtduğu Şərqi Dontesk və Luqansk şəhərləri arasında "təchizat yolu" açdıqlarını bildirmişdilər.

İyun ayından bəri separatçılar 10-a yaxın Ukrayna təyyarəsini vurub. Onlar həmçinin Malayziya hava yollarına məxsus MH17 reysli təyyarənin vurulmasında da ittiham olunurlar. Həmin qəza nəticəsində 298 nəfər ölmüşdü.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib