SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
04 Sentyabr 2014 | 09:27
Fransa "Mistral" gəmilərinin Rusiyaya çatdırılmasını təxirə salır (İnfoqrafika)
A
A
print
Baxılıb: 790

Sentyabrın 3-də Fransa mübahisəli 2 "Mistral" tipli hərbi gəminin Rusiyaya çatdırılmasını təxirə salıb. Ukrayna böhranı dərinləşdiyinə görə şərtlər buna imkan vermir. Bu barədə xəbəri "France 24" telekanalı yayıb.

Rusiya Ukrayna münaqişəsinə görə müttəfiqlər aylardır ki, satışı dayandırması üçün Fransaya təzyiq göstərirlər. Fransa NATO sammitindən bir gün əvvəl belə bir qərar qəbul edib. Müdafiə məsələləri üzrə ali müşavirlərlə görüşdən sonra prezident Fransua Olland Administrasiyası bəyanat yayıb. Bəyanatda Şərqi Ukrayna döyüşlərinin "məzar" olduğu, Rusiyanın son hərəkətlərinin "Avropada təhlükəsizliyin əsaslarını" məhv etdiyi bildirilir.

Çərşənbə günü Ukraynada atəşkəs danışıqlarına baxmayaraq, Olland bildirib ki, "Fransanın 1-ci hərbi gəmini göndərməsi üçün lazımi şərtlər bu gün ödənməyib". Rusiya isə bunun ordunun müasirləşdirilməsinə heç bir zərər yetirməyəcəyini bildirib. "Düzdür, bu, xoşagəlməz haldır və fransalı həmkarlarımızla münasibətlərimizi müəyyən dərəcədə gərginləşdirir. Buna baxmayaraq, ordumuzu müasirləşdirmək üçün bu, elə bir faciə deyil", - müdafiə nazirinin müavini Yuri Borisov Rusiyanın "İtar-Tass" xəbər agentliyinə bildirib.

Xatırladaq ki, 2011-ci ildə Fransa dəyəri 1,2 milyard avro olan hücum vertolyotlarını daşıyan 2 müasir gəminin inşası və Rusiyaya satılması haqqında müqavilə imzalayıb. 1-ci gəminin oktyabr və ya noyabr aylarında, 2-cinin isə 2015-ci ildə çatdırılması planlaşdırıldı.

"Gərginlik artsa və çıxış yolu tapmaq çətinləşsə, biz bu haqda yenidən düşünəcəyik", - Olland Rusiyanın Şərqi Ukraynaya qoşun göndərməsindən əvvəl Fransanın gündəlik "Le Monde" qəzetinə müsahibəsində belə deyib.

ABŞ sözügedən gəmilərin satışına mane olmağa çalışır. Prezident Barak Obama "narahatlığını" bildirib və deyib ki, razılaşmada "saxla" düyməsini sıxmağın vaxtıdır. Ona görə də Vaşinqton Parisin çərşənbə günü verdiyi xəbəri alqışlayıb. "Güman edirik ki, bu, ağıllı bir qərardır", - dövlət departamentinin nümayəndəsi Jen Psaki bildirib. Fransa diplomatik mənbələri Parisin "beynəlxalq ictimaiyyətin təzyiqlərinə" qulaq asması haqqında xəbər yayıblar.

Yayın əvvəlindən 400 rus əsgəri qərbi Fransada "Vladivostok" adlı 1-ci hərbi gəminin iş prinsipini öyrənmək üçün təlim keçir.

İşsizliyin rekord səviyyədə və inkişafın durğun olduğu Fransa satışdan əldə olunan gəlirlərdən məhrum olacaq. Bundan əlavə, silah ixracatçısı kimi öz etibarı azalacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib