SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Sentyabr 2014 | 10:38
Ukraynanın şərqində güclü partlayışlar
foto: AFP
A
A
print
Baxılıb: 471

Bir çox şahid Ukraynada partlayış və artilleriya atəşi səslərinin eşidildiyini bildirmişlər. Qeyd edək ki, bu hadisələr Ukrayna ilə Rusiya yönümlü üsyançılar arasında atəşkəs elan olunandan bir gün sonra baş verdi. Bu haqda “Deutsche Welle” yazır.

 

Yayılan məlumatlara görə çoxsaylı partlayış səsləri Ukraynanın liman şəhəri olan Mariopol ətrafında sentyabrın 6-dan 7-sinə keçən gecə eşidilib. “AFP” xəbər agentliyinin bölgəyə ezam olunan müxbirinin məlumatına görə Ukrayna hərbi qüvvələrinin nəzarəti altında olan sərhəd-keçid məntəqəsi atəşlər arasında qalıb.

 

Ukraynada könüllü döyüşçülərdən ibarət batalyon nümayəndələri yerləşdikləri mövqeyə “Qrad” raketlərindən atəş açıldığını bildirmişlər.

 

Sentyabrın 6-sı - şənbə günü Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Prezident Petro Poroşenko telefon danışığı zamanı şərqi Ukraynada barışıq olmasının vacibliyini razılaşdırmışdırlar.

 

Ukrayna hökumət qüvvələri və Rusiya yönümlü separatçılar arasında atəşkəs ilə bağlı qərar sentyabrın 5-dən etibarən qüvvəyə minib.

 

Poroşenko ofisi “Hər iki lider Ukraynada beynəlxalq humanitar yardım təmin edilməsi üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) monitorinqlərə maksimum cəlb edilməsinin vacib olduğunu vurğuladılar." deyə bir bəyanat yayıb.

 

Barışıq pozuldu.

 

Atəşkəs imzalanmasına baxmayaraq hər iki tərəfin bir-birini günahkar görmə iddialarına əsasən yenidən münaqişə davam etməyə başlayıb.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sözcüsü, polkovnik Andrey Lisenko mətbuata verdiyi açıqlamalarda üsyançıların 10 dəfə Ukrayna hərbi qüvvələrini atəşə tutduğu və bu hadisənin sentyabrın 5-i gecə baş verdiyini bildirmişdir.

Lisenkonun sözlərinə görə aldıqları gizli kəşfiyyat məlumatında “Üsyançılar mətbuat konfransı keçirməyi planlayır və açıqlamalarında Ukrayna hərbi qüvvələrinin atəşkəsi pozduqlarını iddia edəcəklər. Bu səbəbdən bütün bu hadisələrin provokasiya olduğunu istisna etmirik.” deyə bildirmişdir.

Sentyabrın 6-sı Donetsk icra hakimiyyətinin yaydığı xəbərə görə ərazidə heç bir atışma olmayıb, lakin 5 sentyabr tarixində bəzi yerlərdə ara-sıra atəş səsləri eşidilib.

Minsk sülh sazişinə Qərbin skeptik yanaşması

Qərb liderləri Rusiyanın Minsk sülh sazişinə sadiqliyini skeptik yanaşdıqlarını söyləmişlər.

NATO-nun Uels sammitində çıxışı zamanı, ABŞ prezidenti Barak Obama əldə olunan atəşkəs qaydalarına üsyançıların əməl etməsinə dair şübhələrinin olduğunu və Rusiyanın bu gündən etibarən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə müdaxilə etməyəcəyinə inamının olmadığını bildirmişdir.

Həm ABŞ, həmçinin də Aİ rəsmi Moskva üçün daha sərt sanksiyalar hazırlayıblar. Obamanın sözlərinə görə, yeni cəzalar Rusiyanı tutduğu yoldan çəkindirməyə ən yaxşı vasitədir.

“Əgər son danışıqlar heç bir nəticə verməsə, biz Rusiya üçün yeni sanksiyalar hazırlamışıq.” deyə alman kansleri Angela Merkel açıqlama vermişdir.

Ukrayna, NATO və Qərb Rusiyanın separatistləri dəstəklədiyini, onları əsgər və silahla təmin etməkdə günahlandırır, rəsmi Moskva isə hələ də bu iddiaları qəbul etməməkdə israrlıdır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib