SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
14 Sentyabr 2014 | 11:46
Rusiya humanitar konvoyu Luqanskda olub
A
A
print
Baxılıb: 453

Rusiyanın Ukraynaya göndərdiyi ikinci humanitar konvoy sentyabrın 14-də Ukrayna ərazisinə keçərək, Luqanska üz tutub.

Xatırladaq ki, avqustun axırında rəsmi Moskva yenə humanitar konvoylar göndərəcəyinə dair söz vermişdi.

200 yük maşınından ibarət humanitar konvoy Luqanska şəkər, buğda və konservlər gətirib. Daha öncə qondarma Luqansk Xalq Respublikasından bildirmişdilər ki, əhaliyə humanitar yardımın paylanması sentyabrın 15-də başlayacaq.

Yükün ümumi çəkisi 2 min tona yaxındır. Qida məhsullarından əlavə, Rusiya Luqanska suyun təmizlənməsi üçün avadanlıq, elektrik generatorlar və humanitar böhranın nəticələrini aradan qaldırmaq üçün digər cihazlar verib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Lısenko jurnalistlərə bildirib ki, Rusiya konvoyu ölkəyə qeyri-qanuni yolla girib.

"Ukrayna sərhədçiləri və gömrük xidmətinə maşın və yükləri yoxlamağa icazə verilməyib", - Lısenko deyib və əlavə edib ki, "Qırmızı Xaç nümayəndələri humanitar yükü müşayiət etmirlər. Maşınların içində nəyin aparıldığı bilinmir."

Qırmızı Xaç Beynəlxalq Komitəsinin Moskva ofisindən bildiriblər ki, humanitar konvoy haqda heç bir məlumatları yoxdur. 

Xatırladaq ki, bundan öncəki Rusiya humanitar konvoyunun Ukrayna hökumətinin razılığı olmadan ölkə ərazisinə keçidi Kiyev tərəfindən "birbaşa təcavüz" kimi qiymətləndirilmişdi.

(AFP, AP, Reuters)


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib